Naxçıvan energetikləri Azərenerji ASC-yə birləşdirilməsini xahiş edirlər...
10-02-2023, 11:05
Naxçıvan Dövlət Energetika Xidmətinin bir qrup əməkdaşı maaşlarının azlığından və rəhbərlikdən şikayətçidir. Əməkdaşlar, xidmətin ləğv edilib, Azərenerji ASC-yə birləşməsini tələb edirlər. Teref.az yazır ki, bu məqsədlə onlar, "Gündəlik Naxçıvan" vasitəsi ilə ölkə prezidentinə və aidiyyatı qurumlara müraciət ünvanlayıb. Müraciətdə həmçinin, xidmətdəki rüşvət və korrupsiya hallarından da söz açılır:
"Biz, biz bir qrup Naxçıvan MR Energetika Xidmətinin əməkdaşları maaşımızın azlığına, xidmət rəhbərliyinin özbaşınalığına etiraz edirik. Xidmət rəisi Namiq Paşayev, öz qohumlarını işə götürüb, onlara yüksək maaş yazır. Rayon və kəndlərdə işləyən əməkdaşların maaşı isə cəmi 317 manatdır. Bu maaşla necə dolana bilərik? Üstəlik iş saatından artıq işləməyə məcbur edilirik. Maaşımızın azlığı ilə bağlı Namiq Paşayevə bir neçə dəfə şikayət etmək istəsək də, bizi qəbul etməyib. Sonuncu dəfə dedi ki, gedin hara istəyirsiz, şikayət edin, maaşınız qalxmayacaq. Deyir ki, mənə heç kim heç nə edə bilməz, çünki arxamda Ali Məclisin sədri Azər Zeynalov dayanıb. Necə olur ki, onun qohumları bizdən 2-3 dəfə artıq maaş alır, bizə gələndə deyir ki, gedin hara istəyirsiz şikayət edin.
Bundan əlavə, xidmətdə rüşvət, korrupsiya, büdcə talanması halları baş alıb, gedir. Məsələn, bir dirətin yerini dəyişmək üçün vətəndaşdan 300 manat rüşvət alınır. Halbuki, qnunla pulsuz edilməlidi. Sayğac kartları da camaata 20 manatdan satılır. Toplanan rüşvət və korrupsiya pulları Azər Zeynalovla bölünür. Bu səbəbdən, Namiq Paşayevə söz deyən yoxdur. Naxçıvanda yoxlamalar başlayan zaman, qorxuya düşüb, dayandırmışdlar bu əməllərini. İndi yenidən başlayıblar. Əgər, xidmətdə yoxlamalar başlasa, əlimizdəki faktları istintaqla bölüşməyə hazırıq.
Biz, bütün baş verənlərə etiraz olaraq, xidmətin ləğv olunmasın, Azərenerji ASC-yə birləşdirilməsini xahiş edirik. Biz də Azərbaycanın digər bölgələrindəki energetikləri kimi normal maaş almaq istəyirik. Prezident İlham Əliyevdən, aidiyyatı qurumlardan xahiş edirik ki, bizim bu müraciətimizi nəzərə alsınlar".