Azərbaycandakı monopolist şirkət necə vergidən yayınır - Muhasıbatlıq kurslarında da BARATTSON MMC vergidən yayınmağı öyrədir?
13-02-2023, 09:04
"İllərcə mühasibatlıq, ilgilis dili və bir çox profesional kursları ilə Azərbaycanda məhşur olan Barratsons kursları illərcə çox sərt bir şəkildə vergidən yayınır. Bu məlumatı XXX media resursuna kursların yerləşdiyi binanın yeni sahiblərindən biri - Ukrayna vətəndaşı və Birləşmiş Krallıq rezidenti İlham Mamedov bildirib. "
Teref.az yazır ki, bunu saytımızın poçtuna daxil olan məqalə müəıllifi yazır.Daha sonra müəllif yazır:
"İllərdir BARATTSON MMC - yerləşdiyi 1202 kv m Bəxtiyar Vahabzadə 5 ünvanında icarə müqaviləsində qiyməti 7 dəfə aşağı göstərərək vergidən yayınıb. Məhz 20,000 AZN icarə haqqı olan yerə cəmi 3057 AZN qeyd edərək, aylıq 17000 AZN-i gizlədərək vergidən yayınır.
Məsələyə aydınlıq gətirək - 23 Avqust 2022-ci ildə obyekt yiyəsi rəhmətə gedəndən sonra aydın olub ki - mərhumun qardaşı - Zamanov Zaman Muxtar oğlu ona verilən etibarnamədən sui istifadə edərək 2021-ci ildə pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə BARATTSON MMC ilə əlbir olaraq icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq göstərib. Mərhumun vərəsələri dəfələrcə bu səhvi düzətlmək üçün danışıqlar aparıb və heç bir nəticəyə gəlməmişdir. Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidən yayınma fakti olaraq şikayət olunub və məhkəməyə müraciət olunub.
Marağlıdır, muhasıbatlıq kurslarında da BARATTSON MMC vergidən yayınmağı öyrədir?"
Teref.az olaraq məqalədə qaldırılan iddia illə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az