Rafil Hüseynov həbs oluna bilər... - Maliyyə Nazirliyi Ağcabədi və Biləsivarda 64,4 min manat yeyinti aşkarlayıb…
18-02-2023, 08:24
Rafil, DƏMİR YUMRUQ gəlir…
Səhər oxuduğum xəbər məni xeyli düşündürdü. Yadıma şairlərdən birinin “Kimi aldadırsan, ay zalım oğlu” misrası düşdü.
Məlumat üçün qeyd edək ki, Maliyyə Nazirliyinin yaydığı rəsmi xəbərdən bəlli olur ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.
Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Bu rəsmi məlumatdır. İndi isə keçək əsas məsələyə.
Təsəvvür edirsiniz, Maliyyə Nazirliyi iki rayonda, üstəlik Kommunal Kombinatda yoxlama aparıb, özü də vətəndaşların müracaiətinə əsasən və…64 min 400 manat yeyinti aşkar edib.
Birincisi, Maliyyə Nazirliyi niyə vətəndaşların şikayətindən sonra yoxlama aparmalıdır..?
İkincisi, iki rayon, üstəlik “Kommunxoz”da cəmi 64,4 min yeyinti olub..? Bu necə açıqlamadır..? 64,4 min manatın neçəsi Ağcabədinin, neçəsi Biləsuvarın, neçəsi “Kommunxoz”un payına düşür..? Vallahi, belə səviyyəsiz, belə primitiv açıqlama ola bilməz. Bu rəqəm iki rayon üçün “semiçka” pulu da deyil.
Ağcabədinin icra başçısı Rafil Hüseynov üçün nə 60-70 min, heç 1 milyon da pul sayılmır. Rafil Hüseynovun Masallıda icra başçısı olarkən, köhnə qəbristanlığı dağıdıb yerində tikib satdığı obyektlərin dəyəri neçə milyondur.
Rafil Hüseynovun Novxanıdakı villasının dəyəri neçə milyondur… Rafil Hüseynovun Masallıda satdığl münbit torpaqların dəyəri neçə milyondur.
İndi isə keçək Ağcabədiyə. Rafil Hüseynov Ağcabədidə icra başçısı olan kimi feremerlərə sanki qənim kəsildi. Fermerlərdən külli miqdarda pul yığdı. Kim pul vermədisə, onun 20 illik icarəsində olan torpaqları başqa birinə satdı.
Təsəvvür edirsiniz, vərəndaşın qanunla, sənədlə, sərəncamla icarəsində olan torpağı başqa birisinə satmaq. Rafil Hüseynov Ağcabədidə faəliyyət göstərən bütün dövlət idarələrinin başçılarını aylığa otuzdurub.
Təsəvvür edirsiniz, Rafil Hüseynov rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edir, kim pul verirsə, yerində qalır, kim pul vermirsə, işindən uzaqlaşdırılır. Bir soruşan yoxdur ki, sən kimsən, ay Rafil Hüseynov..? Axı, sənin nə ixtiyarın var, atestasiya keçirməyə..? Rafilin uşaq bağçalarının müdirlərindən yığdığı pulun yanında nə 64 min, nə 84 min, ay cənab nazir Samir Şərifov..? Rafil Hüseynovun Ağcabədidəki uşaq bağçalarına ayrılan uşaq qidalarını satdırıb mənimsədikləri hara, 64 min manat hara..? Rafil Hüseynovun şəhid, qazi ailələrinə qol çəkdirib azını onlara çoxunu özünə götürdüyü pulların yanında nə 60-70 min manat …? Rafil Hüseynov Ağcabədinin torpaqlarını satır, dövlətin ayırdığı 100 minlərlə vəsaiti mənimsəyir və daha nələr… Rafil Hüseynov rayonun baş həkimi Təranə Məmmədova ilə birləşib nə qədər insana dəlilik kağızı, saxta pensiya sənədləri satırlar.
Biz hələ Rafil Hüseynovun şəhidin atasına kəllə atmağından, nə bilim sahibkar qadını döydürməsindən, vətəndaşları təhqir etməsindən, vətəndaşın özünü icra hakimiyyətinin qarşısında yandırmağından danışmırıq. Amma əminik ki, belə davam edə bilməz. Yəqin ki, yaxın zamanda Prezidentimizin dəmir yumruğu düz Rafil Hüseynov kimi məmurların kəlləsinə enəcək.
Bir məsələni də qeyd edək ki, bəyənmədiyimi SSRİ-nin dövründə 10 qəpik yeyintiyə yol verilərdisə, həmin şəxsi 15 il həbs cəzası gözləyərdi. Amma indi Rafil Hüseynov kimilər 64 minə, 84 minə olan işdir deyirlər. Bu haqda sonra...
gundelik baki.com