Əsr dəyişdi, minillik dəyişdi…Xocavəndin icra başçısı dəyişmədi….- Hesablama Palatası Xocavənddə yoxlama aparır...

28-02-2023, 09:44           
Əsr dəyişdi, minillik dəyişdi…Xocavəndin icra başçısı dəyişmədi….-
İsa Qəmbərin təyin etdiyi icra başçısı yola salınır və…onu HƏBS gözləyir… Eyvaz Hüseynovla sabiq baş prokuror Eldar Həsənovun gizli əlaqələri…
Haqqında bəhs edəcəyimiz Xocavəndin icra başçısı Hüseynov Eyvaz Mövsüm oğlu barəsində qısa məlumat verək. 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976 –cı ildə Xocavənd rayon Kuropatkin kənd orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis–sistemotexnik ixtisasına yiyələnmişdir. Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda Baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 02.07.1992-ci il tarixdə o zamankı Milli Məclisin sədri, Prezident vəzifəsini icra edən İsa Qəmbərov tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yəni 42 ildir icra başçısıdır.
Sözün düzü, 42 ildə neçə dəfə Prezident dəyişib, Baş nazir dəyişib, hətta yüzillik dəyişib, hətta minillik dəyişib…indi üçüncü minillikdir…amma Eyvaz Hüseynov hələ də kreslosundadır…. Bu Azərbaycan tarxində nadir bir hadisədir. Keçmiş kommunist, sonra cəbhəçi, sonra YAP-çı oldu… Sözün qısası, redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatası Xocavənd İcra Hakimiyyətində yoxlamalar aparıb və çox ciddi qanun pozuntuları aşkarlayıb. Və onun həbsi qaçılmazdır.
Deyirlər ki, Cəbhə hakimiyyəti dövründə Eyvaz Hüseynov sovetdən qalma çaxır zavodundakı min tonlarla çaxırı Rusiyaya ötürərək hələ o zaman milyonçuya çevrilib. Özünü Qarabağ qazisi elan edən bu adam özündən o qədər razıdır ki…heç kimlə hesablaşmır, özünü hakimimütləq hesab edir. Onun təşkil etdiyi məmur «çete»sinin rayona ayrılan dövlət vəsaitini necə talan etməsi, yerli əhəmiyyətli sosial problemləri həll etmək əvəzinə daha da dərinləşdirməsi barədə mediada o qədər informasiya yayılıb. Bu adam rayondakı təhsil şöbəsini, səhiyyə şöbəsini özünün biznesinə çevirib. Eyvaz Hüseynov xeyli sayda saxta diplomlu şəxsləri təhsildə, səhiyyədə vəzifələrə təyin etdirib.
Hələ bu harasıdır..? İcra başçısı Eyvaz Hüseynov Xocavənd rayonu ərazisindəki, hətta erməni işğalı altında olan ərazilərə də yüz minlərlə subsidiya alaraq mənimsəyib.
Məlumdur ki, Subsidiya – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. İstehsаl və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir. Belə ki, Xocavəndə ayrılan 1 milyon 560 min manat subsidiya hər 1 hektar üçün 80 AZN olaraq hesablanıb. Eyvaz Hüseynov bütün qohumlarını rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinə və digər idarələrə yerləşdirib. Və dövlətin ayırdığı vəsait abadlıq, yaşıllaşdırma və sair işlərin görülməsi adı altında sənədləşdirilərək mənimsənilir. Eyvaz Hüseynovun ən gəlirli biznesi rayon Mədəniyyət və Turizm şöbəsidir.
Qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Belə ki, həmin mədəniyyət evlərinin binası, rəhbərliyi olsa da işçilərin əksəriyyəti “ölu can”lardır və onların maaşları da Eyvaz Hüseynovun gəlir mənbəyidir. Eyvaz Hüseynov Xocavənd rayonunun geniş, münbit torpaq sahələrini zəbt edərək özünün və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, əkin sahələri olan təsərrüfatını yarada bilib. Başı bu təsərrüfata qarışan E.Hüseynov bir rayonun icra başçısı olduğunu unudub, özünü təsərrüfat müdiri kimi aparır. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəxsən rayondakı dövlət idarələrindən hər ay qeyri-qanuni nə isə tələb edir.
Növbəti yazıda Eyvaz Hüseynovla sabiq baş prokuror Eldar Həsənovun gizli əlaqələrindən bəhs edəcəyik. Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.