Kəmaləddin Heydərovun idarəsində sahibkardan 40 min istənildi – ŞOK VİDEO

9-06-2016, 14:05           
Kəmaləddin Heydərovun idarəsində sahibkardan 40 min istənildi – ŞOK VİDEO
Uzun müddətdir Göyçay rayonundan olan sahibkar Mayılov Çingiz Sabir oğlu ilə Fövqəladə Hallar Nazirliyi arasındakı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Göyçay rayon ərazisində tikilən çörək zavodunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi obyekt kimi qeydə alınmasına problemlər yaradıb və böyük bir ərazi yaşayış yeri kimi sənədləşdirilib. Bunla bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, tikintidə iş aparılmasına FHN-in formalı əməkdaşları tərəfindən dəfələrlə güc tətbiq edilməklə də əngəllər yaradılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimlə sahibkar arasındakı söhbətin ilginc videogörüntüləri cumhuriyyet.az-a daxil olub. Həmin görüntülərdə adıçəkilən Asiman müəllim dövlət rüsumu adı altında sahibkardan açıq şəkildə 40 min manat istənilir. Həmin videokadrı heç bir şərh vermədən diqqətinizə çatdırırıq:
[media=https://www.youtube.com/watch?v=xhvfw3GuAC0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru