Bu lap ağ oldu!!! Bir ayağı olmayan əlil qadına Nazirlikdən CAVAB: “İkinci ayağında da problem olsaydı, protez verərdik”

27-04-2023, 16:51           
Bu lap ağ oldu!!! Bir ayağı olmayan əlil qadına Nazirlikdən CAVAB:
Əlil qadın Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nəzdindədiki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən şikayətçidir.

Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, döngə 3 ev 18-də yaşayan I qrup əlil Aynur Heydərovadan gedir.

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-ya gileylənən əlil qadın illərdir ki, yüksək texnalogiyalı aşağı ətraf protezi ilə təmin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə nazirlikdən ona cavab verilib ki, yüksək texnologiyalı protez yalnız qazilərə verilir:

“Sol ayağım dizdən yuxarı hissəyə qədər kəsilib. Sağ ayaq barmaqlarımda da problem var. Evdə taxtalarla hərəkət edirəm. Ayaq üstə qala bilmirəm, yıxılıram. Mənim üçün çox çətindir. Övladım yox, yoldaşım isə həbsdədir. Elektron protezə ehtiyacım var.

Dəfələrlə nazirliyin müvafiq şöbəsinə yazılı müraciətlər etmişəm. Hətta nazir Sahil Babayevə də rəsmi ərizə ilə müraciətim olub. Amma ərizəmə cavab olaraq bildirilib ki, ikinci ayaqda da gərək problem ola ki, yüksək texnologiyalı protezlə təmin olunum.

Həmçinin bildirilir ki, həmin protez yalnız qazilərə verilir. Dövlətdən ehtiyaclarımı qarşılamaq üçün xanım verilib. Saat yarımlıq səyyar köməkçi xanım isə heç bir işi düzgün və tam olaraq yerinə yetirmir. Yemək bişirmək üçün əlavə köməyə ehtiyacım var.

Mənə lazımdır ki, həftədə iki dəfə ev yığışdırmaq, bazarlıq və bir dəfə yemək bişirilməsi üçün əlavə xanım verilsin. Amma bu, şikayətlərimə də baxılmır. Nazirliyə isə bu durumda gedə bilmirəm”, - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Bizim.Media-ya bildirib ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan Heydərova Aynur Saleh qızı 2021-2022-ci illərdə sadə kreslo araba və mühərrikli təkərli oturacaqla, aşağı ətraf protezi, bu ilin fevral ayında sanitar təchizatlı araba ilə təmin edilib:

“Aynur Heydərova hazırda yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Bununla bağlı bildiririk ki, hazırda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı həyata keçirilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.