Xalqa satılan mənşəyi məlum olmayan qurdlu şokaladlar - “Koroğlu” MMC-də nələr baş verir?

28-04-2023, 23:02           
Xalqa satılan mənşəyi məlum olmayan qurdlu şokaladlar - “Koroğlu” MMC-də nələr baş verir?
“Azərbaycan Reallığı” mətbu orqanı olaraq dəfələrlə yazırıq ki, şirkətlər istehlakçıların hüquqlarını pozur, heç bir normativə uyğun gəlməyən qida və ərzaq məhsullarını vətəndaşlara satırlar. Belə şirkətlərdən biri də “Koroğlu” MMC-dir. Bu şirkətin şokoladlarından qurd çıxması barədə ölkə mətbuatı dəfələrlə yazıb.

Bəli ölkə mətbuatı yazıb ki, Rusiyanın “Akkond” şirkətinə aid “Rulada” şokoladlarını “Koroğlu” MMC ölkəmizə idxal edir və bu məhsulların keyfiyyətinə də cavabdehlik daşıyır. Bundan başqa, bu şirkət Azərbaycanda bir neçə şokolad və biskvit fabriklərinə malikdir. Bundan başqa “Koroğlu” MMC ARMO STORE supermarketlər şəbəkəsinə də sahibdir. Bəli, bu gün “Koroğlu” MMC-nin supermarket şəbəkələri Bayıldan Xətai rayonuna kimi uzanır.

Lap dəqiq desək, düz, prezidentin sabiq köməkçisi Əli Həsənovun Xətai Estetik Klinikası ilə üzbəüz ARMO STORE yerləşir. Hətta bu firmanın rəhbəri Tahir Əliyevin adam oğurluğunda ittiham olunması da mətbuatda öz əksini tapıb. Bütün bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik. Biz konkret olaraq öz gözlərimizlə gördüklərimizi cəmiyyətə çatdırmaq istəyirik.

Məlumat üçün onu da qeyd edək ki, “Koroğlu” firması müstəqil Azərbaycanın ilk şirkətlərindən biridir və 1992-ci ildə təsis olunub.

Bir zamanlar yerli KİV-də “Koroğlu” MMC-yə məxsus olan "Darenka", "Bəhri", "Floriya" "Rossi" satdıqı məhsullardan dəmir çıxması ilə də gündəmi zəpt etmişdir, belə ki, Ucar rayon sakini Əhmədov Kamil məlumat verib. Onun sözlərinə görə, bu il martın 23-də çay içdiyi zaman adıçəkilən şokoladın içindən dəmir parçası çıxıb:

Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir. Şokoladın içərisindən çıxan dəmir parçasını və şokoladın kağızını sübut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım, sağlamlığıma ciddi təhlükə yarana bilərdi. Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Konfirom" MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. "Darenka", "Bəhri", "Floriya" "Rossi" adlı təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan "Konfirom" MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir".

Daha sonra sözü gedən şirkətə məxsus olan "Darenka” şokolad məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti yoxdur.

Elektron ünvanımıza müraciət edən oxucular bildirir ki, şokoladların nə zaman istehsal olunduğu, istifadə müddətinin keçib-keçmədiyi yazılmadığından, bu südlü şokoladlara şübhə ilə yanaşmağa məcburdurlar. "Darenka” şokoladlarının istehsalçısı "Konfirom” MMC-dən məsələ ilə bağlı bildirilib ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılmır:

"Ticarətdə belə qayda-qanun yoxdur ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılsın. Həmin kağızlar xaricdə sifariş olunur. Bükülüb yığıldıqdan sonra qutunun üzərinə istehsal tarixi vurulur. Mağazalarda da həmin qutular vitrinə qoyulmalıdır ki, alıcı məhsulu alanda istehsal tarixini görə bilsin. Lakin mağazalar buna əməl etmir”

Ekspertin sözlərinə görə, mağazalar istehlakçı hüquqlarına məhəl qoymur:

"Kiloqramla satılan konfetlərin üzərində istehsal tarixinin olmaması qanunidir. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, həmin məhsul mağazada satışa qoyularkən qutunun üzərindəki istehsal tarixi, saxlama müddəti və s. qeydlər mütləq sözügedən satış bölməsində göstərilməlidir. Bu qayda isə həm yerli, həm də xarici məhsulların satışı zamanı pozulur”.

Xatırladaq ki, "Darenka” yerli məhsul olsa da, kifayət qədər məşhurdur və bahalı şokoladlardan sayılır.
Teref.az olaraq “Azərbaycan Reallığı” saytının dərc etdiyi məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.