Prezidentə təqdim edilən quş və heyvanlar bizim areala aid deyillər - Muxtar Babayevin yalanları nə qədər uzanacaq?

31-05-2023, 12:15           
Prezidentə təqdim edilən quş və heyvanlar bizim areala aid deyillər - Muxtar Babayevin yalanları nə qədər uzanacaq?
"Reintroduksiya" şousu. Deməli ETSN-də bir dənə "ekoloq" tapılmır ki, desinlər ki, Şərqi Qafqaz turunun Kiçik Qafqazda nə işi? Növün yayılış arealı Böyük Qafqaz dağlarının şərq yamaclarıdır (xəritə şərhdə). Tur cəhənnəm yerli yırtıcılara yem olaraq bir fayda verəcək.
İnsanlar var ki yaşayış amalı ancaq kimlərə isə nəsə sübut etməkdir!!

(Qərbi (qırmızı) və Şərqi (narıncı) Qafqaz turlarının yayılış arealı, mənbə: İUCN)


Biri açıqlama versin görək Qətərdən gətirilmiş, mənşəyi, yarımnövü bilinməyən, laçınçılıqda istifadə olunmuş şahinlərin Azərbaycan təbiətində nə işi?!
Bu mövsümdə ölkəmizdə yalnız "Aralıq dəniz şahini" yarımnövü (lat. F.p.brookei) müşahidə olunur, buraxılan fərdlər isə başqa yarımnövdür! (hətta bəlkə də hibrid).




ETSN bu "yaşıl imic" məsələlərini kənara buraxıb, kiminsə şəxsi təşəbbüsü olan lahiyələrin icrasını dayandırmalıdır!
Zülfü Fərəcli | ecofront
Teref.az olaraq yazıda iddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.