Bakıda məmur villalarının söküntüsü davam edir - Foto
18-05-2015, 13:27
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti bir çox məmurların və oliqarxların Səbayel rayonu, Salyan şosesi, 37 ünvanındakı villa və malikanələrinin söküntüsünü həyata keçirir.
Virtualaz.org saytı dünən bu barədə ətraflı məlumat vermişdi. Bundan sonra blogger və fotoqraf Mehman Hüseynov redaksiyaya söküntü işlərinin hələ də davam etdiyini göstərən yeni fotoşəkillər təqdim edib.