"Laçına xəyanət edənlər"in «rəqsi» Günün acısı

18-05-2015, 16:47           
"Laçına xəyanət edənlər"in «rəqsi» Günün acısı
Müqəddəs kitabımız olan Qurani Kərimin II surəsinin (Bəqərə surəsi) 216-cı ayəsində yazılır - «Döyüş» (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığımız bir şey üçün xeyirli, bəzən də xoşladığınız bir şey üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. Qurani-Kərim 2.216.

Doğurdan da döyüş alnımıza yazılıb? Döyşmədən olmazmı? Olmaz, doğru olanı Allah bilir. Amma bu gün Laçının işğal günüdür. Laçının işğal günündə «Döyüş alnınıza yazılıb» şüarını özünə bayraq seçən bir telekanalda bayaqdan döyüşçülərimizin satqınlığı, torpağı qoyub qaçmaqları göstərilir. Doğurdanmı bu İslam ümməti olan Türk milləti döyüşdən bu qədər qorxur? Bəlkə hə, bəlkə də yox. Amma məncə Laçının işğalında bir az şəhidlərin şərəfini ucaldan, ruhunu dincəldən bir şeylər danışa bilərik…

Danışaq o şeylərdən ki, 1992-ci ildə özçəkim çəkdirib (selfie) tankların arxasında zavallıca dayanın döyüşçülərimizin döyüşdüyü səhnələri qayçılayan Ayaz Mütəllibovçular utansın bir az…

İndi zamanın dəyişdiyi «Döyüş alnınıza yazılıb» sözlərini düşüncələrdə də dəyişmək lazımdır. Bəlkə də bir zamanlar döyüüşüb bilməyərəkdən yanlış yapanlar, daha döyüşmürlər…

Çünki onların döyüşmək anlaşıyışı nə villa, nə sərvət toplamaq, nə də varlığını qorumaq üçün günün bir istifadəlik əşyaçı olmaq anlamında deyil!!!! Bəlkəsiz bu belədir!!!

Azərbaycan türkləri doğurdan da Qarabağ savaşında böyük şücaət göstəriblər. Sözün bütün mənalarında bu gün Azərbaycan ordusu öz ali baş komandanı ilə öz torpaqlarını işğaldan azad etmək gücündədirlər. Amma bu gün «Laçın xəyanətin qurbanı oldu» deyənlər bir az düşünsünlər. O kadrlarda Laçın üçün döyüşənlər indi Bakıda «London Taksi»ləri sürürlər…
O kadrlarda aşağılananların uşaqları indii Azərbaycan ordusunda qulluq edirlər axı..

Biz doğurdan da "Laçını geri almaq, işğaldan azad etmək lazımdır" deyə cəmi 15 dəqiqəlik kadr tapa bilərik ki, orada Azərbaycan Türklərinin necə savaşdığını, erməniləri necə məhv etdiklərini nümayiş etdirək..

BAXIN!!

[media=https://www.youtube.com/watch?v=-kSnjjxOb4w]
[media=https://www.youtube.com/watch?v=kKniJLwbs9]
Olarlar, olacaq. Olacağa çarə varmı? Bunu da müsəlmanların müqəddəs kitabında Allah bizə buyurub. Doğurdanmı, biz qorxaq millətik, döyüşə bilmirik? ƏSLA!

Sadəcə olaraq bizə xəyanət edən, torpağını satan, döyüş meydanından qaçanları deyə-deyə boynumuza qoyurlar. Azərbaycan vətəndaşları üçün yanvarın 20-dən, fevralın 26-dan, aprelin, martın, hətta dekabrın sonuna qədər hər şey işğal, soyqırım, qətliamdır. Bəlkə təqvimdə dəyişiklik edək. Balalarımıza və babalarımıza yazıq olur...

Razi ABASBƏYLİ
P.S. Bəli xəyanət olub, bəli qorxaqlarımızda olub, lakin bunu bizim gözümüzə soxmaqla bizim minlərl şəhidimizin ruhunu təhqir etmək nəyə lazımdır görəsən!
Nəyə görə qprxaqları, xayinləri göstərirsiniz, nəyə görə vətən yolunda ölümü gözl alanları göstərmirsiniz.Bu gün Laçının işğal günüdür, Lakin Laçında nəinki qaçanlar qorxaqlar olub, laçında ölümün gözünə dik baxan oğlanlar daha çox olublar. Cənablar heç olmasa o içid şəhidlərimizin ruhunu sakit buraxın!
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.