Səlim Müslümovun adamı quldarlığı bərqərar edir iddia
18-05-2015, 16:54
Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda qul əməyinin qoruyucusuna və havadarına çevrilib.
Karxana sahibləri karxana da çalışanlparı "qullara" çeviriblər və onları bu yola zorlayan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Fuad Əlizadə və Xalid Ağayev kimi məmurlar olur.
Heç kimə sirr deyil ki, Azərbaycanda vətəndaşların əmək hüquqları ən kobud şəkildə pozulur. Vəziyyətin nə qədər acınacaqlı olduğunu isə təbii ki, hamıdan yaxşı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bilir. Çünki məhz dövlətin bu qurumu əmək hüquqlarını müdafiə etməyə məcburdur. Amma Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların hüququnu qorumaq əvəzinə bu hüquqları pozanların hamisinə və qoruyucusuna çevrilib. Bunun üçün heç də uzağa getmək lazım deyil. Bakıda hər hansı bir tikinti sahəsinə ayaq bassan məlum olacaq ki, orda işləyən insanların hamısı günəmuzd çalışırlar. Və təbii ki, həmin tikintilərdə heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Hündür mərtəbəli binalarda çalışan insanların sosial sığortasından isə söhbət belə gedə bilməz. Əmək müqaviləsini isə heç bir günəmuzd çalışan fəhlə xəyal belə edə bilməz. Fəhləyə sadəcə gündə 20-25 manat verir və onu bir qayda olaraq ən dözülməz şəraitdə 12-14 saat işlədirlər. Günümüzdə bu vəziyyət Azərbaycan üçün çox adi qəbul olunur. İşverənlər və vətəndaqların hüquqlarını qorumaqdla vəzifəli olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri hesab edirlər ki, bu elə belə də olmalıdır.
Bəs necə olur ki, Bakının mərkəzində "qul əməyi" bu qədər geniş yayılıb və artıq uzun illərdir ki, kütləvi xarakter daşıyır? Təbbi ki, bu sualın cavabı çox sadədir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvətişləri bütün qanunsuz iş verənlərdən "aylıq" alırlar. Faktiki olaraq vətəndaşların əmək hüquqlarının müdafiəsinə və sosial sığortasına sərf olunacaq vəsaitin təqribən yarısından çoxu Dövlət Əmək Müfəttişliyi Xidmətidə çalışanların cibinə gedir. Yerdə qalan hissə isə işverənlərə qalır. Ona görə də həm işverənlər, həm də Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarını qorumağa qətiyyən maraqlı olmurlar. Yəni Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarını özünün "biznesinə" çevirib və açığı etiraf etməliyik ki, bu "biznes" çox gəlirli və "qlobal biznes"dir.
Qeyri rəsmi məlumatlara görə Azərbaycanda günəmuzd və yaxud da əmək müqaviləsi olmadan çalışanların sayı 1 milyondan artıqdır. Bu isə həddindən artıq böyük rəqəmdir və təbii ki, əlaqədar qurumlar araşdırma apararlarsa, daha dəhşətli mənzərə ortaya çıxacaq.
Bu gün Azərbaycandaəmək hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı ən ağır vəziyyət isə Qaradağ karxanalarında hökm sürür. Burda sadəcə hər şey dəhşətdir və bu dəhşət Dövlət Əmək Müfəttişliyi Xidmətinin gözləri qarşısında baş verir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qaradağ karxanasını "kurasiya" edən müfəttişi Xalid Ağayev isə həm gözlərini bağlayır, həm də qulağına pambıq tıxayır. Ona görə də ətrafında baş verən dəhşətləri görmür, dözülməz və təhlükəli iş şəraitində həyatlarını itirən insanların son qışqırtılarnı eşitmir. Xalid Ağayev üçün Azərbaycanın bütün bölgələrindən gələn və evlərinə bir tikə çörək aparmaq üçün ən dözülməz şəraitdə 16-18 saat sərasər çalışan kasıb insanların heç bir dəyəri yoxdur. Onun üçün əsas məsələ karyer sahiblərindən toplaycacağı "aylıq" rüşvətdir. Əgər bütün rüşvət pullarını vaxtında toplaya bilməsə, o zaman Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadəun və qurumun rəhbərinin müavini Məhərrəm Məhərovun qarşısında cavab verməlidir. Əgər "aylıq" vəsait son qəpiyinə qədər toplanmazsa, Xalid Ağayevində "müfəttişliyinə" son verilə bilər.
TİA.AZ-ı məlumatlandıran mənbənin bildirdiyinə görə Xalid Ağayev Bakıda bütün daş karxanalarına nəzarət edir. Və məhz onun "nəzarəti" sayəsində daş karxanalarındakı vəziyyət orta əsrlərdəki vəziyyətdən heç nə ilə fərqlənmir. Xalid Ağayev isə məhz orta əsrlərin "əmək hüquqlarını" daş karxanalarında tətbiq edənlərin qoruyucu mələyi rolunda çıxış edir.
Mənbə bilirir ki, orta əsrlərin əmək şərtlərini tətbiq edən karxana sahiblərini vəhşilikdə və zalımlıqda günahlandırmaq da mümkün deyil. Çünki onlardan hər ay əlaqədar dövlət qurumları külli miqdarda "aylıq" tələb edirlər. Bu aylıqları ödədikdən sonra, ya onlar karxanalarını bağlayıb evlərində oturmalı, ya da çalışdıqları insanları qul kimi istismar etməlidirlər. Evlərində oturub karxanada çalışanlparı "qullara" çevrilmək istəməyən karxana sahibləri isə ikinci yolu seçirlər və təbii ki, onları bu yola zorlayan Fuad Əlizadə və Xalid Ağayev kimi məmurlar olur.
Qeyd edək ki, TİA.AZ Daş Karxanaları ilə bağlı dözılməz vəziyyəti araşdırır. Növbəti yazımızda oxuyacaqsınız:
- Xalid Ağayev karxanadan hər ay nə qədər vəsait toplayır?
- Fuad Əlizadənin regional idarələri ayda nə qədər rüşvət toplayır?
- Səlim Müslümzadənin ölkənin "qanunsuz əmək sektorunda" nələrin baş verdiiyndən xəbəri varmı?
- İnsan hüqüqları ilə məşğul olan Qeyri Hökümət Təşkilatları bu dözülməzliyə nəyə görə dözürlər?