TƏRTƏR İCRA BAŞÇISININ “WHATSAPP” YAZIŞMASINDAN FALÇILARA QƏDƏRKİ MACƏRALARI – ŞOK TƏFƏRRÜAT

18-05-2015, 22:00           
TƏRTƏR İCRA BAŞÇISININ “WHATSAPP” YAZIŞMASINDAN FALÇILARA QƏDƏRKİ MACƏRALARI – ŞOK TƏFƏRRÜAT
“Region-Xeber.info” xəbər verir ki, Tərtər rayonuna icra başçısı Müstəqim Məmmədov rayona gələndiyi ilk gündən rayon camaatına qarşı fərqli münasibət sərgiləyib. Bu «fərqlilik» heç də Tərtərlilərin xeyri üçün olmayıb. Əksinə, onların böyük hörmət bəslədikləri insanlara qarşı edilən ayrı-seçkiliyin şahidi olublar.

Daxil olan məlumata görə, Müstəqim Məmmədovun hədəfindəki ilk şəxs Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandirlərdən olan Vəzir Orucovun oğlu olub. Qarbağ müharibəsində göstərdiyi rəşadətləri ilə bu gün də dillər əzbəri olan Vəzirin dünyadakı tək nişanəsi isə oğlu Camaldır. O Camal ki, Ceyhun Cəfərovun icra başçısı olduğu vaxt onun qəbuluna düşərək, problemlərini demək istəyib və Cəfərov onun kimliyini öyrənəndən sonra birbaşa özünə köməkçi vəzifəsinə təyin edib. Hətta həmin vaxt Camal Orucovu işə götürdüyünə görə, Tərtər camaatı Ceyhun Cəfərovun qəbuluna axışaraq, ona təşəkkürlərini çatdırıblar.
Rayondan verilən məlumata görə, Ceyhun Cəfərov hətta Kürdəmirə icra başçısı təyin olunandan sonra Camal Orucova onunla gəlməsini təklif edib. Lakin Camal Orucov öz rayonunda işləmək istədiyini, habelə Müstəqim Məmmədovun «mülayimliyini» nəzərə alaraq, bu təklifi qəbul etməyib. Camal Orucov bir müddət sonra hansı böyük səhvi etdiyinin fərqinə varıb. Nə Milli Qəhrəman, nə də Vəzir Orucovu tanımayan Müstəqim Məmmədov qısa müddətdən sonra köməkçisinə zülüm yaşatmağa başlayıb. Az sonra isə C.Orucov vəzifəsindən azad olunub. Milli Qəhrəmanın oğlunun vəzifəsindən azad olunması ilə bağlı da ilginc məlumat daxil olub. Belə ki, redaksiyamıza ötürülən xəbərə görə C.Orucov icra başçısının tamahının qurbanı olub. Hadisənin təfərrüatları isə xeyli maraqlıdır: “M.Məmmədov Tərtərdəki idarə və müəsisələrə hər birinin ayrıca “Heydər Əliyev guşəsi” yaratmağı tapşırır. Bunun üçün böyük ölçüdə şəkillərin sifarişi və alınması isə köməkçiyə tapşırılır. C.Orucov şəkillərin birini 15 manatdan sifariş verir və icra başçısına məlumatda isə qiyməti 20 manat bildirir. M.Məmmədov isə idarə və müəsisələrdən hər şəklə görə 40 manat yığılmasını tapşırır. Pullar toplanır, şəkillər alınır. Keçmış icra başçısı C.Cəfərov bu kimi xırda maxinasiyalardan gələn gəlirlərin söhbətin etməz və bunu köməkçiyə əlavə yardım kimi nəzərdə tuturmuş. C.Orucov bu dəfə də belə düşünüb və 40 manatla 15 manat arasındakı fərqdən yığılan pulu icra başçısına təqdim etmir. Amma bir müddət sonra M.Məmmədov bu əməliyyatdan əldə edilən gəliri istəyir. Köməkçinin bu pulu öz xeyrinə sərf etdiyini bildikdə isə qəzəblənir və bundan sonra onu vəzifəsindən azad edir”
Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətində 11 vakant iş yeri olduğu halda, Milli Qəhrəmanın oğluna bir iş tapılmaması heç də səbəbsiz olmayıb. Əksinə, bu dəfə də Tərtərin icra başçısının konkret planı olub. Sayta verilən məlumata görə, Camal Orucovun yerinə vaxtıyla tərtərlilərə qan uddurmuş, Tərtər rayon icra başçısının birinci müavini işləmiş, lakin azyaşlı oğlunun «avtoşluğu» və avtomobil qəzası törətməsi üzündən işdən qovulmuş Vidadi Bəylərovun qardaşı, Bərdənin icra başçısının köməkçisi işləmiş Zaur Bəylərovun gətirmək istəyi olub. Tərtərdən gələn xəbərlərdə isə deyilir ki, camaat Müstəqim Məmmədovun bu hərəkətindən təəccübləniblər. Onlar vaxtıyla camaata qan uddurmuş birinin qardaşını Milli Qəhrəmanın oğluna dəyişməsini anlaya bilmirlər. Üstəlik, icra başçısının bu hərəkətini özləri üçün heç də xoş xəbər hesab etməməklə yanaşı, həm də baş verənlərdən xoşnud deyillər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.