General niyə əlini Nadir İbrahimovun kürəyindən çəkdi..?(VİDEO,FOTO)

18-05-2015, 23:40           
General niyə əlini Nadir İbrahimovun kürəyindən çəkdi..?(VİDEO,FOTO)
Keçən il Qafqaz Xəbər Agentliyi olaraq “Butastone” şirkətində baş verən qanunsuzluqlar barədə xeyli yazılar dərc etdik. Xatırlatma üçün bildirək ki, bu şirkətdə fəhlələrlə əmək müqaviləsi bağlanmadan çalışırdılar. Digər tərəfdən fəhlələr hər gün 10-12 saat işləməli olurdular. Və sonda fəhlələr bir neçə aylıq əmək haqqını almadan işdən qovulmuşdular. Əslində problemin kökündə şirkətin həmtəsisçiləri olan Namiq Əsədovla keçmiş polis mayoru Nadir İbrahimovun arasında olan konflikt dayanırdı. Məlumat üçün qeyd edək ki, Namiq Əsədov hazırda həbsdə olan iş adamı Nizami Piriyevin qaynıdır. Namiq Əsədov müxbirimizlə söhbətində bildirmişdi ki, işinin öhdəsindən gəlmədiyi üçün Nadir İbrahimovu baş direktor vəzifəsindən uzaqlaşdıraraq səlahiyyəti öz üzərimə götürmüşəm. Əmək haqlarını ala bilməyən fəhlələr Qafqaz Xəbər Agentliyi vasitəsilə ölkə başçısına müraciət edəndən sonra vəziyyət dəyişdi. 1408089801140804865314063135861405438082Screenshot_2014-07-15-11-27-18_resized_(1)
140808976214080486161406293860IMG-20140725-WA0000_resizedŞirkətin rəhbərliyi fəhlələrin əmək haqlarını verərək, məsələni Nizami Piriyevin vasitəsilə ört-bastır edə bildilər. Bir daha qeyd edirik ki, problemin kökündə Namiq Əsədovla Nadir İbrahimovun arasındakı “pul muharibəsi” dayanırdı. Hətta fəhlələrin əmək haqqı problemi həll olunsa da Nadir İbrahimov Namiq Əsədovu məhkəməyə verdi. Namiq Əsədov isə Nadir İbrahimova bildirmişdi ki, şirkətlə bağlı məlumatları mətbuata ötürdüyü üçün ona “ bir qara qəpik də çatmayacaq”. İki təsisçi arasında “müharibə” bir ilə yaxın davam elədi. Amma sonradan təsisçilər arasında barışıq elan olundu. Bu barışığın səbəbi ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda deyilir ki, Namiq Əsədovun arxasında yeznəsi Nizami Piriyev dayanırdısa, Nadir İbrahimovun arxasında nazirliklərdən birində Baş idarənin rəisi vəzifəsində çalışan general dayanırdı. Nizami Piriyevlə Namiq Əsədov generalı inandıra biliblər ki, “Butastone” şirkətindəki neqativ hallarla bağlı məlumatı mətbuata Nadir İbrahimov ötürüb.image-2d4877bdd775b7f8477b9ac33864639d2de2de2947fb135078f2eab636d0bf47-V Və bundan sonra həmin genaral Nadir İbrahimovun “kürəyindən əlini çəkib”. Çünki general da bilirdi ki, Nadir birinci dəfə deyil ki, mətbuata məlumat ötürür. Çətin duruma düşən Nadir barışmağa məcbur olur. Məlumatlı mənbə bildirir ki, həmin general Nadir İbrahimovun qohumudur, hətta beş il əvvəl o Nadir İbrahimovu Gürcüstanın paytaxtı Tiflis şəhərinin dağlarında yerləşən hotelə direktor muavini vəzifəsini icra etməyə göndərib. Həmin hotel Azərbaycandan olan bir məmura məxsusdur və hotelin direktor vəzifəsini o vaxt medianın yaxşı “tanıdığı” “Alik” ləqəbli Böyükağa Mikayılov daşıyırdı. Vaxtı ilə Böyükağa Mikayılov da həmin generalın (o vaxt polkovnik rütbəsində olub) xeyir-duası ilə hotelin direktor vəzifəsinə təyin olunaraq sonradan direktor vəzifəsi ilə yanaşı Gürcüstandan ölkəmizə gətirilən mal-qara biznesi ilə məşğul olub. Ancaq bu biznesin əsası hotel direktoru vəzifəsindən sonra qoyulub.

Beləki Böyükağa Mikayılov hotelə direktor təyin olunanda hotel demək olar ki, çox bərbad vəziyyətdə olub. Və o rəhbərliyin qarşısında bir təklif irəli sürüb. Siz mənə şərait yaradın ki, Gürcüstandan ölkəmizə gətirilən mal-qaranın monopoliyası məndə olsun. Mən də həmin qazancla hotelin təmir işlərini gördürüm və hotelin yaxşı vəziyyətdə qalması üçün əlimdən gələni hər şeyi edim. Böyükağa Mikayılovun təklifi ilə rəhbərlik razılaşır və “Alik” ləqəbli Böyükağa Mikayılovun razılığı olmadan “Qırmızı Körpü” adlanan gömrük-keçid məntəqəsindən heç kim ölkəmizə mal-qara keçirə bilməzdi. Beləliklə Böyükağa Mikayılov mal-qara monopolisti olaraq hədsiz dərəcədə varlanır. 30796Ancaq Böyükağanın varlanmağından xəbər tutan rəhbərlik keçmiş polis işçisi Nadir İbrahimovu Tiflisə Böyükağa Mikayılovun yanına hotelin direktor muavini təyin edir ki, “Alik”ə nəzarət etsin. Böyükağa Mikayılov hotelə direktor təyin olunmazdan əvvəl kasıb, işsiz-gücsiz vəziyyətdə Göyçay rayonunda həyətdə oturub samovar qalayıb acınacaqlı günlərini yaşayırdı. Və birdən-birə direktor olması, mal-qara biznesi hər şeyi yaddan çıxardı. Böyükağa Mikayılovun başı gicəlləndi. Ona görə də rəhbərlik Nadiri ona nəzarətçi göndərdi. Ancaq Nadir də yaxşı nəzarətçi ola bilmədi. Beləki Nadir Böyükağanın biznes ortağı olan laçınlı Şahsuvar Şahsuvarovu öz yanına çəkərək onun hər həftə Gürcüstandan ölkəmizə gətirdiyi mal-qarasını Böyükağa Mikayılovsuz sərhəddən keçirməyi vəd etmişdir. Bu məsələdən xəbər tutan Böyükağa Mikayılov Nadirin bu cür əməllərindən rəhbərliyə şikayət edir. General da öz növbəsində Nadirə xəbərdarlıq edir. Ancaq bununla razılaşmayan Nadir Gürcüstan və Azərbaycan mətbuatına “Alik” ləqəbli Böyükağa Mikayılov barəsində məlumat ötürərək bu cür ondan qisas almaq istəyir. Saakaşvili hakimiyyətinin dövründə baş verən bu məsələ mətbuatda işıqlanan kimi Gürcüstanın maliyyə polisi əməliyyat tədbiri keçirərək vergidən külli miqdarda yayınmaqda təqsirli bilinən Böyükağa Mikayılovu həbs edir. Və beləliklə Nadir İbrahimov hotelə direktor təyin olunur. Düzdür, Gürcüstan qanunlarına görə zaminliyə buraxılmaq üçün Böyükağa Mikayılov üçün Bakıdan pul göndərilir və o azadlığa çıxır. Və o məhkəmə zalından çıxan kimi birbaşa hotelə Nadir İbrahimovun yanına gedərək onunla yarımçıq qalan söhbətini davam etdirir. Ondan sonra hoteldə nə baş veribsə, bununla bağlı gələn yazımızda şok məlumatlar təqdim edəcəyik. Kimi kimlər ağaca bağlayıb, 3 nəfər kimi döyüb və s. Bizi izləyin.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.