Azərbaycanın ən varlı icra başçısının həyat hekayəsi – VİDEO

6-08-2023, 08:14           
Azərbaycanın ən varlı icra başçısının həyat hekayəsi – VİDEO
Tərtərin icra başçısı Müstəqim Məmmədovun əməlləri…

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev gecələr Müstəqim Məmmədovun evinə nə üçün gəlirdi..? Müstəqim Məmmədov bizimlə küçə söyüşüylə danışır, canımızı boğaza yığıb…

Haqqında bəhs etmək istədiyimiz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov haqqında qısa məlumat: Məmmədov Müstəqim 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır, daha doğrusu, çapıb-talayır…

Birincisi ondan başlayaq ki, əmtəəşünas, “tovaraved”A hara, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi hara..?

Onu da qeyd edək ki, həmin illərdə Elmar Vəliyev Yevlaxın icra başçısı idi və Müstəqimin günəşi Elmarın sayəsində doğdu. Və o gündən Elmar hər gün Müstəqimin evinə getməyə başladı. Nə isə, Elmar Vəliyevin hesabına Müstəqim Məmmədov Tərtərin icra başçısı oldu.

Deməli, Tərtərin icra başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələrinə 1 sot torpaq vermədiyi halda, özünün 80 yaşlı qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 200 hektar torpaq götürüb və bu torpağa görə, dövlətdən 20 min manata yaxın subsidiya alıb.

Təsəvvür edirsiniz, Tərtərdə məskunlaşmış Kəlbəcər köçkünləri deyir ki, Müstəqim Məmmədov bizi söyür, təhqir edir, bizi intihar həddinə çatdırır. Bu məqamda bilirsiniz nə düşündük..? Çünki Tərtərlilər deyir ki, Elmar Vəliyev də Tərtərdə Müstəqimi evində söyüb təhqir edirdi…yəqin fikrimiz çatdı… Bu hələ harasıdır..?
Tərtərin icra başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.

Ümumiyyətlə, Müstəqim Məmmədovun xeyli sayda biznes obyektləri, torpaq sahələri qohumlarının, tələbə dostlarının adınadır. Hətta Tərtərdə icra başçısının qeyri-rəsmi köməkçisi olan bir xanım da var: Tünarə Məmmədzadə…. İcra başçısının xeyli obyekti də bu xanımın və qohumlarının adınadır. Həm də rayonda ictimai əsaslarla çalışan xeyli sayda insanın maaş kartları da bu xanımın cibindədir. Tərtər camaatı deyir ki, müharibənin qızğın çağlarında icra başçısı rayonda deyil, Gəncədə, Yevlaxda gecələyirdi.

Şikayətçilərdən bir yazır ki, Müstəqim Məmmədov bizə deyir ki, şikayət yazıb “Prezidentin baş-beynini xarab etməyin”. Bax, bura sözün bitdiyi yerdi. İcra başçısı kimdir ki, Prezidentin narahat olmasını dilinə gətirə bilir. Müstəqim Məmmədov məgər bilmir ki, cənab Prezidentimiz həmişə xalqın içindədir, hər an onların problemləri ilə maraqlanır? Bunu Müstəqim Məmmədov kimi icra başçıları çətin başa düşsün..

Mənbə: Gundelik-baki













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.