"Qaçqınkom"un "ev satan" əməkdaşları kimdir? - Sədr müavini məsələdən xəbərdar olub...

7-08-2023, 16:57           
"Qaçqınkom"un "ev satan" əməkdaşları kimdir? - Sədr müavini məsələdən xəbərdar olub...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi vəzifədə işlədiyi dövrdə şəhid ailələri və məcburi köçkünləri "evlə təmin edən" 75 yaşlı şəxsə hökm oxunub.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1948-ci ildə Cəbrayılda doğulmuş, rayonun Soltanlı kəndində qeydiyyatda olan Şövkət adlı şəxsin məhkəməsi keçirilib.

Aparılan araşdırma zamanı bəlli olub ki, o, Təranə adlı məcburi köçkünü Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Qobu şəhərciyində ona dövlət tərəfindən verilən birotaqlı evindən könüllü şəkildə imtina etdirib və onun dövlət tərəfindən ikiotaqlı mənzillə təmin olunmasına kömək edəcəyinə vəd verərək, 4.000 min manat pulunu ələ keçirib.

Təranənin imtina ərizəsini yazdığı gün dövlət tərəfindən 2-ci Qobu şəhərciyində ona verilmiş birotaqlı mənzilin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Etiqad adlı əməkdaşı tərəfindən tanımadığı şəxsə satılması məlum olub.

Bundan başqa o, Təranənin bibisi qızı Vahiməni də dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmasında köməklik etmək adı ilə aldadıb. 2020-ci ilin ilin iyun ayından həmin ilin avqust ayınadək 5900 manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib. Vahimə I Qarabağ müharibəsində şəhid olmuş Əli Hüseynovun həyat yoldaşıdır. Şövkət Vahiməyə üç övladı və şəhid ailə üzvü olduğundan üçotaqlı ev veriləcəyini bildirərək, 10.000 manat pul istəyirmiş.

Şövkət başqa bir neçə şəxsi də pensiya düzəltmək və digər məsələlərlə bağlı kömək etmək vədi ilə aldadaraq pullarını ələ keçirib. O, bütün bu əməlləri Dövlət Komitəsinin vəzifəli şəxsi olan Etiqadla birlikdə törədib.

Bundan xəbərdar olan "Qaçkınkom"un sədr müavini Fuad Hüseynov zərərçəkmişlərə başlarına gələn hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edib.

Şəhid Əli Hüseynovun həyat yoldaşı Vahimə məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini, vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Şövkət cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib. O, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2,6 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, zərərçəkənlərin pulları geri qaytarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.