31 kiloqram 500 qram narkotik vasitənin sahibi Emin Əsgərov həbsdən azad olmaq istəyir... - Emin Əsgərovun həbsdən azad olunmasına həmyerlisi Azəddin Cəlilov kömək edir?...

8-08-2023, 10:04           
31 kiloqram 500 qram narkotik vasitənin sahibi Emin Əsgərov həbsdən azad olmaq istəyir... -
Bir neçə gün öncə, Apa-nın məlumatına əsasən narkotacirlərin həbsi ilə bağlı yazı dərc etmişdik. Yazıda 31 kiloqram 500 qram narkotik vasitənin təxminən 3 ay öncə 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilib. Narkotacirlərin həbs olunması və maddi sübut kimi, 31 kiloqram 500 qram narkotik vasitənin dövriyyədən çıxarılması 100 minlərlə şəxsin narkotik bəlasından xilas olması deməkdir. Biz bu gün narkotacirlərə qarşı hamılıqla mübarizə aparırıq. Hüquq Mühafizə Orqanlarımızın əməkdaşları həyatlarını hər an təhlükəyə ataraq, narkotacirləri yerində həbs edir və onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirdikləri narkotik vasitələri əldə edərək, məhv edirlər.
Bu gün 31 kiloqram 500 qram narkotik vasitəni heç bir kənddən yenicə gəlmiş 83 təvəllüdlü sıradan biri daşıya bilməz. Gəlin görək, bu işin başında duran kimdir? Kimdir bu cinayətə rəvac verənlər? Cəlilov Azəddin Əbülfəz oğlu kimdir? Buyurun, tanış olun.
99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvan şəhəri, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30.
Əldə etdiyimiz məlumata görə, həbs olunan şəxslərdən biri Şərurludur, amma maraqlı məqam burasındadır ki, şəxsin avtomobili cinayət hadisəsində iştirak etsə də, həmin avtomobilin sahibi cinayət məsuliyyətinə cəlb olunmayıb. Onu da xatırladım ki, el arasında Azad kimi tanınan Cəlilov Azəddin Əbülfəz oğlu yüksək çinli məmurların adından da istifadə edir.
Bu gün redaksiyamıza daxil olan məlumata görə, 31 kiloqram 500 qram narkotik vasitəni daşıyan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomaşın istintaq başa çatmamış sahibinə qaytarılıb. Cinayətdə birbaşa iştirakçı olan Əsgərov Emin Xubeş oğlu öz yaxın ətrafına bildirib ki, əgər mən sentyabrın 1-də, 4 aylıq həbs qətimkan tədbiri başa çatarkən azadlığa çıxmasam, əsl cinayətkarın kim olduğu bilinəcək. Sərhəd Xidmətinin İstintaq İdarəsi bilməlidir ki, istər Əsgərov Emin Xubeş oğlu, istərsə də el arasında Azad ləqəbi ilə tanınan Cəlilov Azəddin Əbülfəz oğlu törətdikləri cinayətə görə, öz layiqli cəzalarını almalıdırlar. Azəddin harada oturursa deyir ki, mən Seyidəm, mən nəbilim kiməm. Amma Azəddinlər hamılıqla bilməlidirlər ki, bu cinayət hadisəsi 31.5 kiloqramlıq narkotacirlik, bütövlükdə çox ciddi şəkildə araşdırılmalı, əsl cinayətkarlar tapılaraq istintaqa təhvil verilməli, kimlərinsə hesabına məsuliyyətdən yaxa qurtararaq, azadlıqda gəzməməlidirlər. Azəddin Cəlilovlar bilməlidir ki, kimlərəsə arxayın olub, bu cür cinayətləri törətmək olmaz. Axı, sənin ətrafında olan şəxslərin hamısı bilir ki, sən hansı işlərlə məşğul olursan. Sən gördüyün bütün işlərə görə, Hüquq Mühafizə Orqanlarına cavab verməli olacaqsan.
P.S. Azəddin Cəlilov kimilər bilməlidirlər ki, biz daim narkotacirlərə və onların narkotiklərini öz maşınlarında daşıyanlara qarşı həmişə amansız olmuşuq. Bu işdə biz həmişə dövlətin yanında olmaqla qürur duymuşuq. Kimlərsə bizim arxamızca hansısa xoşagəlməz bir sözü işlədibsə, biz həmin sözləri onun ailəsinə, yaxınlarına, əzizlərinə, hətta ölüsünə və dirisinə şamil edirik. Arxamızca iş çevirənlərə deyirik ki, arxamızca danışanlar, yəni qeybət edənlər ancaq və ancaq arvadlar olar. Bir də eşitdik ki, deyirmişsən Eminə görə 150 vermişik, nə işdir?
gundelik baki.com
Teref.az olaraq çəqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.