Sumqayıt Tibb Mərkəzi ilə bağlı qandonduran faktlar ....

8-08-2023, 10:54           
Sumqayıt Tibb Mərkəzi ilə bağlı qandonduran faktlar ....
Sumqayıt Tibb Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin miqyasını təyin etsək, çox böyük bir rəqəmə rast gəlmiş olarıq.
Demək olar ki, bütün mətbuatda iki ildən çoxdur ki, Sumqayıt Tibb Mərkəzində baş verən yeyintilərlə, korrupsiya və rüşvətxorluqla bağlı mütamadi olaraq yazılar dərc edilir. İstər Hesablama Palatası, istər Maliyyə Nazirliyi, istər Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan yoxlamaların nəticəsi və bu yoxlamalardan sonra açılan cinayət işlərinin sayı nə qədər çox olsa da, TƏBİB Səkinə Sadıqova ilə bağlı ölçü götürmürki, götürmür.
Deməli, TƏBİB rəhbəri Vüqar Qurbanovun, Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovun Səkinə Sadıqova ilə aralarında vəzifədən kənar iş birlikləri var imiş. Onu biz demirik, uzun müddət Səkinə Sadıqovanın tabeliyində olan anbar müdiri deyir.
Həmin anbar müdirinin və şikayətçilərin fikirlərini olduğu kimi, silsilə olaraq dərc edəcəyik.
Şikayətçilərdən biri Sumqayıt Tibb Mərkəzində anbardar vəzifəsində işləyərək, işdən azad olunduğunu bildirir.
"Mən işlədiyim yer 2022-ci ilin may ayından mərkəzləşmiş anbar olub və məni həmin yerə, anbar müdiri təyin ediblər. Bu müddət ərzində mənim işimdə heç bir qüsur olmayıb, iclaslarda Səkinə xanım baş həkimlərdən soruşurmuş ki, sizdən anbarda alacağınız mallardan saxlayırlarmı, saxlamırlarmı. Hamı təbii olaraq, bildirib ki, elə bir şey yoxdur. Elə bir dövrdür ki, onu etmək olmaz. Məndən öncə, həkimlər pul alırdı, anbarda nə isə saxlayırdılar, nəsə etmək olurdu. Amma indi bir çöp belə saxlasan söz-söhbət olur. Mən adi bir qələm belə saxlamamışam. Öz anbarımda işlətdiyim dəftər-qələmi də özüm gedib almışam. 2022-ci ilin fevral ayının 3-də Hesablama Palatası yoxlamaya gəldi. Ancaq Hesablama Palatası ayın 13-ü gəlməli idi, nədənsə ayın 3-ü gəlib anbara blom vurdular. Bu da təbiidir. Baş verən yoxlamalar internetdə yayılan məlumatlara görədir. Mətbuatda yazı dərc olunan kimi, Səkinə xanım üçün sanki yas mərasimi olurdu. Mən ayın 3-də işə gələndə gördüm ki, Hesablama Palatası artıq yoxlama aparır. Anbarın pulu düz, hər bir işi düz olsa da, gedərkən mənə 400 manat cərimə yazdılar. Mənə də bildirdilər ki, bu prosedur üzrə yazılmalı idi.
İşimiz öz qaydasında gedirdi. Mayın 12-də Səkinə xanım məni çağırdı ki, müəssisələrdəki yuyucu tozları geri qaytarılmalıdır. Soruşdum ki, doktor nə üçün, bildirdi ki, müəssisələrdən yuyucu tozu satılıb. Mən Səkinə xanıma bildirdim ki, mən anbardan malımı qaimə ilə vermişəmsə cavabdeh deyiləm. Sonradan Səkinə Sadıqova israrla bildirdi ki, malları anbara geri qaytarın. Mən də malları müəssisələrdən yığaraq anbara geri qaytardım. Mənə dedi ki Dəstə Xidmətinin müavini Amil İsmayılov poroşok satıb, dəsmal satıb, ədyal satıb, çünki Amil əvvəllər travmatalogiyada təsərrüfat müdiri olub. Dedim mənim xəbərim yoxdur. Dedi sən Amilin üzünə durmalısan. Mən də dedim ki, Səkinə xanım mən görməmişəm, bilmirəm, mən necə onun üzünə dura bilərəm. Mənə dedi ki, sən düzünü deməsən səni işdən çıxardacam. May ayının 12-də həqiqətən də "poroşok" satılıbmış. Sayın düzgün olması üçün "poroşoklar" sonradan anbara geri qaytarılıbmış. Sonradan mən bildim ki, Səkinə xanım öz hesabını düzəldirmiş. Mayın 12-də mən anbarda "poroşok" yığdırırdım, həftənin 6-cı günü idi, iş günü deyildi. Məni çağırdı dedi ki, ərizəni yaz, mən də dedim ki, Səkinə xanım, mən niyə ərizəmi yazmalıyamki? Mənim işimdə heç bir qüsur yoxdur, neçə ilin işçisiyəm. Qayıtdı ki, mən səni qorumaq üçün işdən çıxardıram, başqa vəzifəyə keçirdirəm, başqa iş verəcəm. Sonra dedi ki, Vüqar Qurbanov əmr verib ki, sənin ərizəni alım. Gördü mən çox dirəşirəm ki, ərizə yazmayım. Onda qayıtdı ki, üzünə adam qoyacam, səni korrupsiya ilə tutduracam, mənim hər yerdə adamlarım var.
Mən ərizəmi onun şər-böhtanından, korrupsiyada adamlarının olmasından, ümumiyyətlə Hüquq Mühafizə Orqanlarında adamlarının çox olmasından və onların əli ilə camaatı şərlədərək həbs etdirməsindən qorxaraq yazdım. Cəmi 3-4 gün öncə, müəssisəmizin tanınmış çox gözəl bir həkiminin üzünə adam qoyaraq korrupsiya ilə onu işdən çıxartmışdılar. Nəinki bir həkimi, bir neçə həkimi şərlədərək bu vəziyyətə salmışdır. Mən də ona görə ərizəmi yazdım. Mən dedim ki, evimdə ağır xəstəm var, 14 min manat kreditim var, uşağımın müalicəsi üçün götürmüşəm, qayıtdı ki, səni başqa işə keçirdəcəm. Nə isə mən anbarı haqq-hesab etdim, pul olaraq nə varsa hər şey yerində idi. Məsələn 15 voltluq lampanın biri göy, digəri isə ağ işıqdır, qaimə ilə 900 ədəd göy işıq, qalanları ağ işıq var idi. Biz göy işığı vermişik, qalır ağ işıq, pul olaraq anbar yerindədir. Mənə dedi ki, bu mal artıq, bu mal əskikdir, amma mallar bir-birini örtür. Lampaları sortlaşdırdılar. Mən onda dedim ki, doktor mənim artıq malımı verin, mən əskikləri ödəyim. Dedi yox artıq mal anbarda qalmalıdır, əskikləri isə ödəməlisən. Nə isə mən yenə razılaşdım, nə qaldısa onu da ödədim. Sonra getdim yanına, mən artıq anbarı təhvil vermişəm mənə iş verin.
Katbəyə dedim, o da dedi ki, bir az gözlə. Bir az gözlədim. Sonra bildim ki, o, məni qəbul etmək istəmir. Bu vaxt çölə çıxdı Başladı dəhlizdə qışqırmağa, sən niyə burda durmusan, əlini atdı saçlarını yolmağa, rəhbərliyə yaraşmayan hərəkətlər etdi, özünü yoldu tökdü yerə.
Nə isə, mən çıxdım getdim evə. Sonra yenə gəldim, həmin vaxt mənə dedi ki, 2-3 ay gözlə, bir sözlə məni yola verdi. Mən də ərizəmi yazmışam ki, məni tutduğum vəzifədən azad edin, işimə xitam verin yazmamışam. Yəni mənə anbar müdiri vəzifəsi vermişdiniz, vəzifədən çıxarmısınız. Keçirdin təsərrüfat müdiri, keçirdin hər hansı bir işə.
Bu işlərin də səbəbkarı İTS-dən gələn Elmirlə Elmar olub. Onlar özbaşına olaraq komputerləri götürüb satışa çıxarıblar. TƏBİB yoxlamaya gələndə bunların heç birinin anbara aidiyyatı yox idi. Səkinə xanımın məni işdən çıxarmasının bəhanəsi də o oldu ki, səni Elmirgilə görə işdən çıxardıram. Sonradan dedi ki, sən 1c proqramını bilmirsən. Mən isə cavabında dedim ki, Səkinə xanım, siz mənə komputer vermisiniz ki, məndən 1c proqramını soruşursunuz?
Yəni mənim şikayətim əsasən odur ki, Sumqayıt Tibb Mərkəzində baş vermiş cinayət hadisələrinin üstü açılsın, cinayətkar öz cəzasını alsın. Qanunsuz olaraq işdən çıxarılanlar işlərinə bərpa olsunlar.
İndiyə qədər bizim müəssisələrdə heç bir oğurluq olmayıb, heçnə itməyib. Səkinə Sadıqova keçən ildən bu ilə 111 nəfər mühafizəçi işə götürüb. 111 nəfər işçi götürüləndən sonra hər gün, hər saat, hər ay bu müəssisələrdə oğurluq hadisəsi baş verir. Hər bir mühafizəçi də 750 manatdan məvacib alırlar. Bəs bunlar hara baxırlar ki, bu qədər oğurluqlar olur. Deməli, oğru da, oğurlayan da bəllidir.
Hansı müəssisəyə gedirsən bu gün komputer oğurlanıb, aparat oğurlanıb. Yenicə gətirilmiş aparatlar bir-bir oğurlanır. İTS-in özləri işçi göndərmişdilər, onlar da komputerlərin iç-içalatını oğurlayıb satıblar.
Sumqayıt Tibb Mərkəzində işə götürülənlərin əksəriyyəti Səkinə Saıqovanın Cəbrayıldan olan qohumlarıdır. Ona görə onları işə götürür ki, heç kim onların maxinasiyalarının üstünü açmasın. İşə götüdüyü qohumlarına da deyir ki, heç kimin yanında deməyin ki, Cəbrayıllısınız. Hər yoxlamadan sonra haqsız olaraq kimisə işdən çıxarmalıdır. Faktiki olaraq mənim yerimə təyin olunan anbar müdiri Cəbrayıldan olan qohumudur.
Bütün müəssisələrdə onun əlindən hamı qan ağlayır, vəziyyət bərbad haldadır. Ordan qazandıqlarının hamısını Vüqar Qurbanovla və Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovla bölüşdürür. İclaslarda hərdən bir Türkiyədə olan din dostları haqqında halallıqdan zaddan danışır.
Onun arxasinda Vüqar Qurbanovla, Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovun özü durur, onlara sərf edir ki, Səkinə Sumqayıt Tibb Mərkəzində rəhbər işləsin. Tenderdən gələn pullar, kənardan qazanılan pullar hamısı Vüqar Qurbanov, Rəşad Çobanov və Səkinə Sadıqova arasında bölüşdürülür. Mən ona sərf etmirdim, çünki mən saxta işlərə imza atmaqdan, qeyri-qanuni alqı satqıda iştirak etməkdən imtina edirdim. Ona görə də məni işdən çıxartdı, yerimə öz qohumu və qonşusu olan Cəbrayıllı Məhəmmədi qoydu".
Bax budur, Səkinə Sadıqovanın Vüqar Qurbanovla, Rəşad Çobanova arxayın olaraq, etdiyi özbaşına əməllərin nəticəsi.
Biz bir redaksiya olaraq, Səkinə Sadıqovadan narazı olan işçilərin hər birinin şikayətini dərc edərək, onların haqqlarını qanunla bərpa olunmasına çalışacağıq. Qoy aidiyyati qurumlar da, öz üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirsinlər, hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarının bərpa olunmasına var gücləri ilə çalışsınlar. Ardı var...
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.