"HAMAM SUYU “Aqua Luxe”nin satdığı sudan yaxşıdır..." - VİDEO

8-08-2023, 13:27           
 "HAMAM SUYU “Aqua Luxe”nin satdığı sudan yaxşıdır..." - VİDEO
“Aqua Luxe” qablaşdırılmış su şirkəti “şollar suyu” adı altında xalqa natəmiz su içirdir.

Tribunainfo.az yazır ki, vətəndaş Günel Vaqifli Məmmədova sosial şəbəkədə yazıb ki, aldıqları “Aqua Luxe” suları natəmizdir, dadında isə dəyişiklik var:

“”Aqua Luxe” suları sifariş verirdik. Son 2 dəfədir suyun dadında dəyişiklik vardı. Bugün yeni qabı açmışam və nəticə göz qabağında. Evə gələn hamam suyu belə bundan daha təmizdir.
Özlərinə yazmışam. Amma belə görünür ki, şirkət normal deyilmiş. Bu günə qədər isə yəqin ki, bəxtimə normal sular çıxıb.
Mən şirkəti hara şikayət edə bilərəm? Ən azından, insanlar pul verib alır, heç olmasa zəhərlənməsinlər”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru