6 saylı Notariat ofisində nələr baş verir, Mirağa Abbasov niyə susur?... - Ərəstun İmanov kimin çətiri altında olub?...

9-08-2023, 00:03           
6 saylı Notariat ofisində nələr baş verir, Mirağa Abbasov niyə susur?... -
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi hara baxır..?
Bu gün çoxları deyir ki, ölkədə müstəqil-özəl ekspertiza laboratoriyaları olmalıdır. Necə ki, bir neçə il əvvəl müstəqil notariusların olmasını arzulayırdıq. Və dövlətimiz müstəqil-özəl-xüsusi notariusların olmasına qanunla icazə verdi. Amma nəticədə ortaya o qədər problemlər çıxdı ki... Belə xüsusi notariuslardan biri də 6 saylı Notariat ofisidir.
Xüsusi notarius isə İmanov Ərəstun Loğman oğludur. Telefon: (012) 490-21-61 Ünvan: Xətai rayonu, Xocalı prospekti 24/A. Bəli, Bakı şəhəri Xətai rayonu 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğlunun qanunsuz əməllərinin sayı-hesabı yoxdur.
Təsəvvür edirsiniz, vətəndaşa Dövlət Yol Polisi İdarəsində deyirlər ki, sən şəxsi avtomobilini filankəsə etibarnamə əsasında vermisən. Vətəndaş deyir ki, mən elə adam tanımıram. Ancaq vətəndaşa 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğlunun möhür vurub təsdiq etdiyi etibarnaməni göstərirlər. Sonda nə olsa yaxşıdır..? Ərəstun İmanov deyib ki, mexaniki səhv olub, xırda xətadır… Ərəstun İmanova deyən lazımdır ki, belə mexaniki səhv olur..? Yaxşı, Ərəstun İmanov, həbsxanaya gedib məhkumun adından saxta alqı-satqı etibarnaməsi imzaladın və sonra evi 3 milyona satdılar, sən də öz haqqını aldın… Bu da mexaniki səhv olub..?
Ümumiyyətlə, 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğlunun adı mediada bir çox cinayətkar şəbəkənin işində hallanır. Bəli, Ərəstun İmanov vaxtilə “Texnikabank”ın sabiq rəhbəri olmuş, sonradan məhkum həyatı yaşayan Etibar Əliyevlə sıx əlaqədə idi…
Təsəvvür edirsiniz Ərəstun İmanovun təsdiq etdiyi alqı-satqı sənədlərində pul-məbləğ göstərilmir. Bu özü cinayətdir. Bundan əlavə Ərəstun İmanovun təsdiq elədiyi alqı-satqı sənədləri, etibarnamələrin çoxu saxtadır. Ümumiyyətlə, bu gün Azərbaycanda baş verən bir çox cinayət əməllərinin kökündə notariuslar dayanır. Görəsən, 6 saylı Notariat ofisinin rəhbəri Ərəstun İmanov şəxsiyyət vəsiqəsi təqdim etməyən mülkiyyətçinin adından başqa şəxsə əmlak etibarnaməsini necə verib..?
Təsəvvür edirsiniz, Ərəstun İmanov sürücülük vəsiqəsi ilə etibarnamə verirmiş… Görəsən, nə vaxtdan sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul olunur, ay Ərəstun İmanov..? Vətəndaş yazır ki, qeyri-iş günü olduğu üçün, 6 saylı notariat ofisinə yanaşdım.
Şikayətçi deyir ki, həmin ofisin qabağında konkret iş və istirahət günlərinə dair qrafik yazılsa da, buna əhəmiyyət verən yoxdur: ”Əsasən maşın alverçilərinin daha çox müraciət etdiyi notariat olduğu üçün, məhz qeyri-iş günlərində həmin kontorda şıdırğı alver gedir. Mənə məhkəməyə yazdığım bir ərizə ilə bağlı imzamı təsdiqlətmək lazım idi. Yəni notarius həmin ərizədəki imzanın mənə məxsus olduğunu təsdiqləməliydi. Amma mənə dedilər ki, guya Ədliyyə naziri buna icazə vermir.
Şikayətçi sonra yazır ki, mən başqa bir kantorda 4 manat rüsum verib imzamı təsdiqlətdim, deməli Ərəstun İmanov nazirə də böhtan atır. Bütün bunlardan sonra ortaya sual çıxır: Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi hara baxır..? Niyə Ərəstun İmanov kimilərə nəzarət eləmir..?
P.S. Növbəti sayımızda "Bir neçə il öncə, Ərastun İmanov kimin adından istifadə edirdi və nə üçün media nümayəndələrinə Ərastun İmanov haqqında tənqidi yazı yazmaq qadağan edilmişdir" yazısı dərc olunacaq. Bizi izləyin...
/obyektiv.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.