HİRKAN MİLLİ PARKINDAKI PALIDLAR GÜNÜN GÜNORTA VAXTI KÜTLƏVİ MƏHV EDİLİR- Bəs nazir hara baxır?

9-08-2023, 10:44           
HİRKAN MİLLİ PARKINDAKI PALIDLAR GÜNÜN GÜNORTA VAXTI KÜTLƏVİ MƏHV EDİLİR-
Lənkəranın Xanbulan gölü ilin bütün fəsillərində füsunkar gözəlliyi ilə insanı valeh edir.
Göl Lənkəran rayonunun Xanbulan kəndində yerləşir. Meşəliklə əhatə olunan gölün ətrafında hazırda bir neçə kiçik istirahət mərkəzi fəaliyyət göstərir. Həm ətraf rayonlarda, həm də respublikanın müxtəlif bölgələrində yaşayan insanlar ilin bütün fəslində bura gələrək füsunkar gözəlliyi seyr edirlər.

Lənkəran. Xanbulan gölü 8 avqust 2023-cü il

Bəli, biz də bu füsunkar gözəlliyi seyr etmək üçün bu gün Xanbulan gölünün ətrafında gəzmək istədik. Həqiqətən təbiətin yaratdığı bu gözəlliyə valeh olmamaq mümkün deyildir. Gölün əcəb seyrangahı olsa da, şair Vaqif demişkən, "yaşılbaş sonası heyif ki, yoxdur". Çox təəssüflər olsun ki, bu gün avqustun 8-də günortadan sonra, yəni, saat 16- 18 arası gölün qarşı tərəfindəki sıx palıd meşəsində ağackəsən motopilanın fasiləsiz işləməsi əhvalımızı əməlli başlı pozdu. Təbbii ki, YUNESCO-nun siyahısına düşmüş məşhur HİRKAN prakı ərazisində yerləşən Xanbulan gölü ətrafında qorunan palıd ağacları əgər günün günorta çağında qorxu-hürkü bilinmədən kəsilib məhv edilirsə, deməli ETSN rəhbərliyi yenə həmişəki kimi yerində deyildir. Və yaxud ağac mafiyası ilə əlbir pul qazanırlar. Cənab nazir Muxtar Babayevin bu gün Hirkan Milli Parkında ağacların vəhşicəsinə məhv edilməsilə bağlı şəxsən məlumatının olub olmamasını demək çətin olsa da, "Söyüdlü hadisələri" bir daha təsdiq etdi ki, ictimaiyyətimiz təbiətimizə qarşı gizli sövdələşmələr və maddi maraqların təmin olunması müqabilində susmağı planlaşdırmırlar. Yəni, sabah Hirkan Milli Parkında bu gün törədilən cinayətlərə qarşı da səsini qaldıra bilər, əgər ETSN rəhbərliyi vaxtında cəsarət edib Xanbulan gölün gündoğar hissəsində kəsilən ağacların "qatillər"ini tapmasa, ya fərsiz rəhbər kimi istefa ərizəsini yazmalı, ya da cəsarət nümayiş etdirib cinayətkar dəstəni ifşa etməlidir.
İnanırırıq ki, dövlətimizin başçısı nəhayət təbbi sərvətlərimizə qənim kəsilən və onlara himayədarlıq edən ETSN rəhbərlərinə qarşı siyasi iradə nümayış etdirərək son və qəti sözünü deyəcəkdir.
Bizi izləyin.
ifadetv com














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.