Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdirinə ağır ittihamlar - Saxta diplom və... İDDİA

9-08-2023, 11:18           
Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdirinə ağır ittihamlar - Saxta diplom və... İDDİA
Təhsil naziri Emin Əmrullayev nə üçün bu saxta diplomu təsdiq elədi….
Bu saxtakarlığı Sumqayıt Məhkəməsi niyə görmədi...?
Əlahəzrət faktlar üzünə durur, cənab Vüqar Qurbanov...
Haqqında bəhs edəcəyimiz, hazırda Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Elnarə Arif qızı Məmmədova haqqında onu qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şükürov küçəsi, ev 3, mənzil 2 ünvanda qeydiyyatda olan bu xanım gənclik illərində yeməkxanalarda, yas məclislərində “povır”- aşbazlıq edirmiş. Həmin vaxt, Qobustan Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn Elnarə ilə tanış olur. Və sonradan Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunarkən, heç bir ali və tibbi təhsili olmayan Elnarə Məmmədovanı özü ilə Astaraya aparır və Astara Mərkəzi Xəstəxanasının Kadrlar şöbəsinə müdir təyin edir.
Bir müddət sonra, daha doğrusu, 2015-ci ildə Astara sakinləri baş həkim Emin Hüseynin rüşvətxorluğu, korrupsiya və s əməlləri barədə dövlət orqanlarına şikayət ərizələri yazırlar. Belə olan halda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2 MİLYON MANAT MƏNİMSƏMƏDƏ adı hallanan, bu qalmaqallı baş həkimi Astaradan çıxarıb, Qobustan Mərkəzi Xəstəxanasına baş həkim təyin edir. Və Emin Hüseyn Astaraya apardığı Elnarə Məmmədovanı yenidən özü ilə Qobustan Mərkəzi Xəstəxanasına gətirərək Kadrlar şöbəsinə müdir təyin edir.
Bəli, Emin Hüseyn ilə Elnarə Məmmədova Qobustan Mərkəzi Xəstəxanasında həkimlərin adına kredit götürmək, rüşvət müqabilində xəstələrə təqaüd üçün saxta sənədlər vermək adı ilə pul yığmağa başladılar.
Medianın yazdığına görə, Emin Hüseyn Qobustanda işləyərkən hətta həkimləri və xəstələri təhqir edirdi.
Sözün qısası, yenə Emin Hüseyndən şikayətlər dövlət orqanlarına yönəldi. Və nəticədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu dəfə “dostu”nu Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin etdi. Amma.... Əmması odur ki, Emin Hüseyn bu dəfə Elnarə Məmmədovanı özü ilə Şamaxıya apara bilmədi. Və Qobustan Mərkəzi Xəstəxanasına yeni təyin olunan baş həkim.... Qurban Kərimov heç bir ali və tibb təhsili olmayan Elnarə Məmmədovaya deyir ki, sənin haqqında rayon rəhbərliyi mənfi fikirdədir, ərizəni yaz, işdən çıx. Amma Elnarə Məmmədova işdən çıxmaq haqqında ərizə yazmaq istəmir. Belə olan halda Mərkəzi Xəstəxananın baş həkimi Qurban Kərimov Əmək Məcələsinin 70-C maddəsi ilə Elnarə Məmmədovanı işdən azad edir.
Sonra bir müddət işsiz qalan Elnarə Məmmədovanı kimsə başa salır ki, Sumqayıt məhkəməsinə müraciət elə. Və nəticədə məhkəmə Elnarə Məmmədovanın iddiasını təmin edərək onun barəsindəki ƏM-nin 70-C maddəsini ləğv edərək, onu işinə bərpa edir. Amma burada bir nüans var, onu mütləq qeyd etməliyik.
Belə ki, TƏBİB-in rəhbərliyi Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminə tapşırmışdı ki, məhkəməyə etiraz etməyin, qoy Elnarə Məmmədova işinə qayıtsın və tezliklə başqa işə gedəcək... Həqiqətən belə də oldu. Və bir müddət sonra Elnarə Məmmədova Səkinə Sadıqovanın direktor olduğu Sumqayıt Tibb Mərkəzində kadr şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Bir neçə gün şadyanalıq edildikdən sonra keçmiş aşbaz Elnarə Məmmədova Sumqayıt boyda böyük bir şəhərin Səhiyyə Mərkəzində saxta diplomla kadrlar şöbəsində rəis vəzifəsini icra etməyə başladı. Yəni, əmrlə rəis vəzifəsinə təyin olundu. Həmin dəqiqədən etibarən, Sumqayıt Səhiyyəsinin qara günləri başladı. TƏBİB-in yanlış addımları Sumqayıt Səhiyyə Mərkəzində işləyən zəhmətkeş həkimlərin hər birinin çətinliklə qarşılaşmasına yol açır. Özünüz fikirləşin, uzun illər təhsil alaraq, həkim adını qazanmış şəxslərin kadr anketlərini saxta diplomlu bir şəxs qəbul etsin.
İndi gəlin görək, bu adi təhsili olmayan xanım necə saxta diplom əldə edib. Deməli, əslən Gürcüstandan olan Emin Hüseyn dostu Elnarə Məmmədovaya 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Biznes, Hüquq və Sosial Elmlər ixtisası istiqamətində Biznesin idarəedilməsi ixtisas dərəcəsi üzrə verilən diplomun ekvivalentini təsdiq edib.
Konkret olaraq təhsil naziri Emin Əmrullayev 2021-ci ildə diplomu təsdiq edib və qeydiyyat nömrəsi də 022109-dur. İndi gördünüzmü, 1977-ci il təvəllüdlü Elnarə Məmmədova 2019-cu ildə, yəni 42 yaşında necə saxta diplom alıb. Və bu saxta diplomu Təhsil Nazirliyi təsdiq edib. Yaxşı bütün bunları bildik. Bəs görəsən Sumqayıt Məhkəməsinin hakimləri işi araşdıranda görmədilər ki, bu xanımın heç bir ali təhsili yoxdur, Gürcüstandan aldığı diplom isə saxtadır..? Əlbəttə, Gürcüstandan saxta diplom alan da, TƏBİB-lə bu məsələni razılaşdıranda və s Emin Hüseyndir.
Onu da qeyd edək ki, Elnarə Məmmədovanın qızının həyat yoldaşı Ozal da, hal-hazırda Qobustan xəstəxanasında işləyir. Ozaldan əlavə Elnarə Məmmədovanın qızı Mayanın və oğlu Valehin də Qobustan Tibbi Mərkəzdə adları işçi kimi gedirdi. Onlar ölü canlar kimi saxlanılaraq yalnız və yalnız məvacib alırdılar.
Emin Hüseyn Şamaxıya gedəndə onları işdən azad etdi. Amma kürəkəni Ozal hal - hazırda Qobustan Tibbi Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır.
İndi gördünüzmü, Emin Hüseyn TƏBİB-dəki dostlarına nə qədər arxayın olubsa, adi təhsili olmayan aşbazı Kadr şöbəsinə müdir təyin edib.
Sözün qısası, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun sayəsində, Elnarə Məmmədova hazırda Səkinə Sadıqovanın rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzində KADRO məsələlərinə baxır. Biz isə öz növbəmizdə Elnarə Məmmədovanın iş vaxtı əlində tutduğu 10.000 manatın kimə məxsus olduğunu və rüşvət kimi kimdən alındığını, həmin puldan Səkinə Sadıqovaya nə qədər çatdığını isə növbəti yazımızda dərc edəcəyik. İndi isə, üzümüzü TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və onun Sumqayıtdakı ən yaxın adamı olan Səkinə Sadıqovaya tutaraq deyirik ki, sizinlə əlahəzrət faktlar danışır...Bu dəfə yaman yerdə axşamlamısınız... Ardı var...
P.S. Onu da qeyd edək ki, Emin Hüseyn Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri olub.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.