TƏHSİL ESKPERTİ, LARTİ RƏHBƏRİ ELXAN NƏCƏFOVU İFŞA ETDİ-VİDEO

12-08-2023, 08:18           
TƏHSİL ESKPERTİ, LARTİ RƏHBƏRİ ELXAN NƏCƏFOVU İFŞA ETDİ-VİDEO
“Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırmalarına görə, son zamanlarda regional təhsil idarələri içində, Lənkəran-Astara “Regionalı” xüsusilə fərqlənir. Belə ki, bu ilin əvvəlindən bəri, bölgə təhsili ilə bağlı ortaya çıxan bir çox dramatik pozuntular, diqqəti cəlb edir.

Doğrudur, bir çox hallarda LARTİ rəsmi açıqlama veribdir, lakin açıqlamaların məzmunu eynidir: “Araşdırma aparılmış, bəhs olunan qanun pozuntusuna rastlanmamışdır”.

(Məsələn, Astara təhsilində gündəmə gələn 2 ekstraordinal hadisə barədə bu ilin yanvar ayındakını rəsmi açıqlamanı təqdim edirik: https://www.mektebgushesi.az/2023/01/26/l%C9%99nk%C9%99ran-astara-regional-t%C9%99hsil-idar%C9%99sind%C9%99n-yoxlamalarla-bagli-aciqlama/ )

Yəqin ki, bu şablon və bəsit taktika, bundan sonra üçün də keçərli olacaq: hər dəfə hansısa məktəbdə ya da təhsil idarəsinin birbaşa özündə, problemlər gündəmə gələcək və LARTİ açıqlama verərək ki, “Araşdırma aparılmış, iddia təsdiqini tapmamışdır” deyəcək və beləcə, kimlərsə də buna inanacaq.

Lakin, cənab müdir Elxan Nəcəfov unudur ki, bu taktika ilə, medianı və QHT-ləri aldatmaq mümkün deyil. Əksinə, “zibillər”, “xalının altına süpürüldükcə” vəziyyət daha da qəlizləşir.

Yəqin ki, az-çox savadı olan Elxan bəy bunu bilməmiş deyil; deməli, məqsəd, sadəcə olaraq, vaxt udmaq, hansısa başqa işlərə köklənməkdir. Həmin işlər də, hər halda, “təhsildənkənar” işlərdir.

Elə tanınmış təhsil eksperti Kamran Əsədov da bu fikirdədir. O, düşünür ki, Elxan Nəcəfovun ən ali məqsədi, təhsili inkişaf etdirmək yox, “haqq toplamaqdır.

Gəlin onu dinləyək:

“Regional Təhsil İdarələri yaradılanda, böyük ümidlər var idi. Amma elə ilk vəzifə təyinatları göstərdi ki, heç də məqsəd, təhsilin inkişafı deyil, yeyintidir.

Deməli, Elm və Təhsil nazirliyinin xeyir-duası, dəstəyi ilə, Regional Təhsil İdarələri, orta məktəblərə yoxlamalar yollayır. Amma burada məqsəd, qudurğanlıq edənlərin cəzalandırılması deyil, onlardan haqq almaq, nazirlik üçün yığılanlardan özünə pay qoparmaqdır.”

Araşdırmaçı-ekspert, fikrini əsaslandırmaq üçün, cəmiyyətin bilmədiyi konkret bir fakt açıqlayıb: “Misal üçün, 2023-cü ilin əvvəlində Lənkəran-Astara Regional Təhsil İdarəsinin yoxlama heyəti, Yardımlı rayon Alar kəndində yerləşən orta məktəbdə yoxlama aparıb.

Yoxlama zamanı, ortaya, ciddi qanun pozuntuları çıxıb. Məsələn:

Dövlətin, məktəbin istilik sistemi üçün ayırdığı vəsait, mənimsənilib.

Vakant müəllim yerləri gizlədilib.

Fakultativ məşğələlər yazılıb, amma keçirilmir.

Dövlətin, məktəbin təmizlənməsi üçün ayırdığı materiallar mənimsənilib.

Biologiya müəllimi vəfat edib, lakin oun dərs saatı, diaqnostik balı olmayan direktora yazılıb.”

K. Əsədov fikrinin davamında qeyd edir: “Kifayət qədər belə ciddi qanun pozuntuları var. Bunlar, hələ bir məktəbdə olanlardır. Digər bir çox məktəblərdə də analoji vəziyyət hökm sürür…”

_________

Qeyd edək ki, Lənkəran-Astara Regional təhsil idarəsi rəhbəri Elxan Nəcəfovla bağlı, ekspertin söylədikləri, ilk maxinasiya faktları deyil. Son bir neçə ayda, dəfələrlə bu cür yaramaz halların, maxinasiyaların üstü açılıbdır.

Cənab müdir bir şeyi unudur ki, sosial və elektron mediada bütün bunlar gündəmə gəldikcə, onun olmayan reytinqi daha da aşağı düşür və limiti tükənir.

Yeri gəlmişkən, Regional rəhbərlərin əməlləri barədə hüquqi prosedurlar, artıq başlayıb! Bəli, Quba-Xaçmaz təhsil idarəsinin rəisi barədə cinayət işinin açılması, həm də o deməkdir ki, Elxan Nəcəfova verilən şans da sona çatmaqdadır! O, tezliklə, etdiyi əməllərin hesabını verməli olacaq!

“Təhsil Araşdırmalar Mərkəzi”nin hazırladığı sujeti təqdim edirik:
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.