Kəlbəcərdə bu ” bioloji soyqrım”ın bədəlini kim(lər) ödəyəcək?-VÌDEO/ FOTOFAKTLAR

13-08-2023, 11:14           
Kəlbəcərdə bu ” bioloji soyqrım”ın bədəlini kim(lər) ödəyəcək?-VÌDEO/ FOTOFAKTLAR
KƏLBƏCƏR RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ CƏNAB HAQVERDİ ƏKBƏROVA

KƏLBƏCƏR RAYON PROKURORU CƏNAB VÜQAR ƏHMƏDOVA

Hörmətli cənab Rəis, Hörmətli cənab Prokuror!

Bildirirəm ki, son günlər sosial şəbəkələr vasitəsi ilə paylaşılan video və foto faktlardan görürük ki, Kəlbəcər təbiətinə qarşı olmazın vəhşiliyi edilməkdədir. Qırmızı kitaba düşən Xallı Balıq başda olmaqla Kəlbəcər faunası məhv edilir. Xallı balığı qarmaqla tutmaqla nəslini kəsmək mümkün deyil. Ancaq ya çayın məcərasını dəyişib, ya da elektriklə balığın məhv edilməsi prosesi sürətlə davam edir.

Mən hər ikinzi şəxsən tanıdığım üçün bilirəm ki, Siz vicdanı və əxlaqı yerində olan məmurlarımızdansınız. Həmin məhvetmə prosesində Sizlərin həmin vəhşilərə hər hansı himayədarlıq etmənizə qətiyən inanmıram. Lakin həmin şəxslərin bugünədək cəzalanmaması əhalinin Siz hüquq mühafizə orqanının rəhbərindən haqlı olaraq inciməsinə gətirib çıxardır. Mən də bir Kəlbəcərli olaraq Sizə müraciət edirəm ki, həmin şəxslərin ifşa olunub cəzalanması üçün tədbirlər görəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.



Kəlbəcər rayon sakini Ìlqar Quluyevində” bioloji soyqrım”la baģlı mūraciətini təqdim edirik:

Cənab Ìlham Əliyevə
Xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Baş Prokurorluğuna,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə….

Kökünü qazımaq bax budur. Çayı döndərib vedrə ilə yığıb , tokla- dərmanla öldürüb ovlanması qadağan olunan qırmızı xallı forelin kökünü kəsirlər.
90-cı illərə qədər etdiyimiz bu əməllərə görə tanrı bizi cəzalandırdı.Yenə nəticə çıxarmadıq.
Kəlbəcərin komendantının vəzifəsi kafe-market biznesi qurmaq , 3-5 min qoyun saxlatdırmaq , metal daşıtdırmaq , əraziyə qanunsuz adamlar buraxmaq deyil. Orda ov tüfənglərinin kimlərdə olduğunu , balığı kimin məhv etdiyini hamı bilir rəisdən başqa ? Bezuar keçilər , qırmızı xallı forel və bir çox nadir heyvanların artmasına erməni şərait yaratmışdı , belə acgöz məxluqlar isə kökünü kəsir . Sanki o yerləri bu gədələr üçün azad etmişik.

Kəlbəcər çaylarından tutulmùş balıqların satış reklamı artıq “Tiktok”da da yerləşdirilib.

Ətraflı videosūjetdə…
/dunyaninsesi.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.