Masallı Regional Təhsil İdarəsi Cəlilabad məktəblərindən pul toplayır

3-07-2016, 15:10           
Masallı Regional Təhsil İdarəsi Cəlilabad məktəblərindən pul toplayır
Prezident İlham Əliyevin “Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli sərəncamına əsasən təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulurdu. Eyni zamanda Cənab Prezident ,Azərbaycan Təhsilini təkminləşdirmək məqsədi ilə Regional Təhsil İdarəsinin yaradılması qərarı vermişdir. Bunun nəticəsində bizim regionda da Masallı,Yardımlı,Cəlilabad təhsil şöbələri bazasında Masallı Regional Təhsil İdarəsi yarandı.Hələlik maliyyə işlərini həyata keçirən Regional İdarə keçən ay 3 rayonun maaşını vaxtında versədə bu ay Cəlilabad rayon təhsil işçiləri hələdə əmək haqqlarını ala bilməyib. Region Təhsil İdarəsinə daxil olan Masallı və Yardımlı rayonlarının təhsil işçilərinin əmək haqqı ödənildiyi halda Cəlilabad təhsil işçiləri əmək haqqını niyə ala bilmədiyi hələ də müəmmalıdır. Region Təhsil İdarəsinin Maliyyə müdiri Ehtiram Muxtrov Cəlilabad təhsi işçilərinin qarşısında əmək haqqlarının vaxtında alacaqları sözünü versədə sözünün üstündə durmamaqla yanaşı Cəlilabad rayon məktəblərindən bir neçəsində maliyyə yoxlaması apartdırdıqdan sonra əlaqələndiricisi Zaur Əzizov vasitəsilə Çəlilabad şəhər 3 nömrəli , Kazımabad və Maşlıq məktəblərindən 2500 manat, Ağdaş məktəbindən 1000 manat pul istəyib. Digər 30 məktəbdə yoxlama aparılmasını istəmirlərsə hərəsindən 500 manat alınıb verilməsi deyilib. Regional Təhsil İdarəsinə keçdikdən sonra Cəlilabad rayon təhsil işçilərinin üzərinə düşən "qəzet pulu" , "təqvim pulu" RTŞ-yə aylıq puldan canlarını qurtaracağını düşünənlər islahatlara ümüdlə baxmağın mənasız olduğun və bütün bunların lap başdan qaynaqlandığını anlayıblar.azel.tv
Qarşı tərəfin fikirlərinə yer vermə\yə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.