Xırdalan və Sulutəpəyə niyə su verilmir?

3-07-2016, 21:43           
Xırdalan və Sulutəpəyə niyə su verilmir?
Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinin bəzi hissəsinə yenidən su verilmir.

Azadliq.org bildirir ki, bu barədə sakinlər özləri məlumat veriblər. Onların dediyinə görə, son bir həftədə cəmi bir gün su verilib:

"3 gün idi su verilmirdi. Müxtəlif yerlərə şikayət etdik, cəmi bir gün su verdilər. İndi də 2 gündür susuz qalmışıq" - şikayətçilərdən biri bildirib.

Sakinlərin dediyinə görə, hökumətin əhaliyə pulla satdığı suyu kiminsə kəsməsini heç cür başa düşmürlər.

"Orucluq ayında bütün bunlar göstərir ki, bəzi məmurlar nə hökumətdən, nə də Allahdan qorxurlar" - başqa bir sakin deyib.

Xatırladaq ki, "Azərsu" ASC-nin mətbuat xidmətindən Xırdalan dairəsinə suyun verilməməsi təzyiqin aşağı olması ilə izah edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru