Daha bir əxlaqsızlıq yuvası aşkar olundu

4-07-2016, 17:50           
Daha bir əxlaqsızlıq yuvası aşkar olundu
Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər.

Əməliyyat zamanı Bakı şəhər sakini Ramin Namazovun gəlir əldə etmək məqsədi ilə Çarxı kəndi ərazisində işlətdiyi kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

4 gün əvvəl də Bakıda əxlaqsızlıq yuvaları aşkarlanıb. Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə, həmçinin Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələrinə görə məsuliyyətə cəlb olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru