Xaləddin İskəndərovun "sağ" əli həbs edildi - Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq “təxribat” yaratmaqda ittiham ediblər.

21-05-2015, 20:35           
Xaləddin İskəndərovun "sağ" əli həbs edildi - Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq “təxribat” yaratmaqda ittiham ediblər.
Xaləddin İsgəndərov və onun təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov vaxtı ilə penoplast üzlənməsinə etiraz edən sakinləri “təxribatçı” adlandıraraq kabinetindən qovduğu deyilir

Mayın 19-da Binəqədi rayonundan 15 nəfərin ölümü 61 nəfərin yarlanması ilə nəticələnən yanğınla bağlı yeni həbslər başlayıb.

PİA.AZ-a daxil olan məlumata görə bir az bundan qabaq Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov həbs olunub. Həbsin səbəbi isə yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir.

Yanan binaya penoplast vuran şirkətlə müqaviləni təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun bağladığı bildirilir. Məsələ ilə bağlı mənbəmizin bildirdiyinə görə yanan binaya penoplast vurulmamışdan öncə bina sakinləri Binəqədi Icra Hakimiyyətində olublar və icra başçısı Xaləddin İsgəndərovun qəbulundə olaraq üzlüklərin vurulmasına etiraz ediblər. Lakin həmin vaxt rayon icra başçısı Xaləddin İsgəndərov və təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq “təxribat” yaratmaqda ittiham ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.