"“Azərcell” şirkəti soyğunçuluqla məşğuldur" - GİLEY

29-12-2023, 09:32           
"“Azərcell” şirkəti soyğunçuluqla məşğuldur" - GİLEY
“Azərcell” şirkəti soyğunçuluqla məşğuldur.

AFN.az-ın xəbərinə görə, bunu ictimai fəal Elyar İslamoğlu (Əpoş Vəliyev) sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, “Azərcell” nömrəsi ilə "Baktelecom"a zəng edib. Növbədə 12-ci adam olduğu halda növbəsi 2-yə çatanda "Azərcell" balansını silib və danışmaq mümkün olmayıb. "Heç bir danışıq olmadan balansımdan 3 manata yaxın vəsait silindi" - deyən Elyar bəyin redaksiyamıza ünvanladığı skrinşotdan da görünür ki, onun balansından 2.61 AZB çıxılıb. Şikayətçi bildirir ki, bu, yalnız zəng üçün çıxılan balansdır: “Bir "ALO" belə dmədən bu qədər məbləğ siliblər, problemi deyə bilməmişəm. Tək “Baktelecom” üçün deyil, “Azərsu”, “Azərqaz”, “Azərişıq” və digər xidmətlərə də zəng edib xətdə gözləyəndə balansımız boşalır, problemi deyə bilmirik. Rəşad Nəbiyevin birbaşa özünə facebookdan, nazirliyin emailinə də məktub ünvanladım. Amma nəticəsi olmadı”.
Qeyd edək ki, E.İslamoğlunun şikayəti ilə bağlı “Azərcell” şirkətinə ünvanladığımız sorğu cavabsız qaldı.

Mənbə: AFN.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.