Hacı Ramazanın şirkəti rəsmən Axundov Kitabxanasında - 44 minə kreslo ayağı bərkidəcək
5-01-2024, 12:38
Uzun illərdir ölkə mətbuatında "tender kralı" kimi tanına Ramazan Mirzəyevə məxsus şirkət Mirzə Fətəli Axundov adına Milli Kitabxananın tenderində qalib olub.
AzFakt.com xəbər verir ki, hacı Ramazan Mirzəyevin uzun illərdir rəhbərlik etdiyi "Məmmədoğulları" QSC Milli Kitabxanada 44.1 min manatlıq təmir işləri aparacaq.
Belə ki, müqaviləyə görə "Məmmədoğulları" QSC Milli Kitabxanada 2 ədəd stellajın sepini və zamokunu, 2 ədəd şestrna, 4 ədəd sükan dəyişəcək. Şirkət daha sonra Kitabxananın 4 ədəd oturacağının ayaqlarını bərkidəcək, 5 ədəd kitab dolabında qopmuş oymaları yapışdıracaq. Müqaviləyə əsasən "Məmmədoğulları" QSC Milli Kitabxanada daha bir neçə bu kimi işlər görəcək.
Qeyd edək ki, hacı Ramazan Mirzəyevə məxsus şirkətlər uzun illərdir Milli Kitabxanada dövlət tenderləri ilə bu kimi işlər görməkdədir.
Sosial şəbəkə istifadəçiləri bu işlərin əksəriyyətinin formal olduğunu iddia edirlər.
Xatırladaq ki, hacı Ramazan Mirzəyev "Məmmədoğulları" QSC-nin rəhbəridir. Ona məxsus şirkətlər uzun illərdir dövlətin dəyəri yüz milyonlarla ölçülən tenderlərində qalib edilir. Buna görə də mediada iş adamının adı daha çox "tender kralı" kimi vurğulanır.