"Sabunçu" xəstəxanasında xəstəni 25 manata əməliyyət etdilər... - Xəstənin qan donduran FOTOLARI (18+)

7-01-2024, 10:12           
"Sabunçu" xəstəxanasında xəstəni 25 manata əməliyyət etdilər... -
"Həkim ilk başda müalicə edəcəyini söyləsə də sonradan fikrini dəyişib. Sonradan vəziyyətim daha da pisləşib. Daha sonra həkim zənglərimizə cavab vermədi."

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu Baxışov Mahir Səməndər oğlu adlı vətəndaş göndərdiyi öz şikayət məktubununda qeyd edib. Şikayətçi bildirir ki, 3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasının həkimi Mehdiyev Elçin ondan heç bir analiz götürmədən əməliyyat edib.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Mən Mahir Baxışov Səməndər oğlu 07.03.2023 tarixində 3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasında əməliyyat olunmuşam. Əməliyyatım həkim Mehdiyev Elçin tərəfdən olub (üst çənə cərrahı). Həkim ilk olaraq məndən 30 manat istədi. Mən də ona 25 manatımın olduğunu deyib razılaşdıq. Həkim məndən heç bir analiz götürmədən dəri altı vəzi adı ilə məni əməliyat etdi. Gün keçdikcə halım pisləşməyə başladı.

2 həfdən sonra əməliyyat olduğum yerdə şişkinlik yaranmağa başladı. Sonra Modern Hospitalda analiz verdik. Onlar məni Tibb Üniversitetinə göndərdilər. Orada da məndən nümunə götürüb City Hospitala yönləndirdilər. Bir neçə gündən sonra cavab gəldi ki, Onkoloji xəstəxanaya müraciət edin. Orada da analiz verdik.

Analizin cavabı onkoloji xəstə olaraq çıxdı. Bu vaxt ərzində atam dəfələrlə məni əməliyyat edən həkimə narazıçılığını bildirib. Qeyd edib ki, siz əməliyyatı düzgün yerinə yetirməmisiniz. Əməliyyatdan öncə analiz götürülməyib. Həkim ilk başda müalicə edəcəyini söyləsə də sonradan fikrini dəyişib. Sonradan vəziyyətim daha da pisləşib. Daha sonra həkim zənglərimizə cavab vermədi.

24.06.2023-cü ildə Sabunçu prokurorluğuna müraciət etdik. Həkim tərəfdən analiz verməyimi iddia edirək Sabunçu prokrorluğu işi bağlayıb. Amma səs yazılarında həkim analiz götürmədiyini boynuna alır.

Hazırda həmin nahiyə çox şişkin vəziyətdədir. Yaxınlarım tərəfdən yardım yığılaraq müalicəmi davam etdirməyə çalışıram. İndi isə vəziyyətim ağırdı, İranda müalicəyə gəlmişəm. Türkiyədə 150 min dollara qədər xərci olduğu deyilir. Ümidim sizədir. Mənim başıma gələnləri işıqlandırmağınızı istəyirəm.

3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasından bildirildi ki, şikayətlə bağlı Sabunçu Rayon Prokurorluğu və aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılıb və vətəndaşın şikayətinin əsassız olduğu sübut edilib:

"Bildiririk ki, Mahir Baxışov Səməndər oğlu 07.03.2023-cü ildə Sabunçu Tibb Mərkəzinə müraciət edib. Müraciətinə uyğun olaraq, üz-çənə cərrahı Elçin Mehtiyevin müayinəsində olub. Həmçinin xəstənin üzərində dəri altı vəzin xaric olunması əməliyyatı icra edilib.

Əməliyyat uğurla icra olunub və xəstəyə baxış keçirilərək evə buraxılıb.

Qeyd olunan şikayətlə bağlı Sabunçu Rayon Prokurorluğu və aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılıb və vətəndaşın şikayətinin əsassız olduğu sübut edilib."

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.