“Rahat” özünü nədən bu qədər RAHAT hiss edir? - İLGİNC
7-01-2024, 10:02
Ötən ilin noyabrında “ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Rahat” marketin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana 112 (BNAİE Maşınqayırma /Yod Zavodu) yaxınlığında yerləşən filialının piyadalar üçün nəzərdə tutulan səkini zəbt etdiyi barədə məlumat vermişdik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Pravda.az-a bildirilmişdi ki, həmin ərazidə parkinq təşkil edilməsi ilə bağlı AYNA-ya hər hansı bir müraciət daxil olmayıb. Qeyd olunmuşdu ki, piyada səkisinə aid sahədə parklanma yerinin təşkil olunması yolverilməzdir.
"Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır, hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir. Səki sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tərəfimizdən müvafiq dövlət qurumları ilə birgə zəruri tədbirlər görüləcək", - məlumatda bildirilmişdi.
Həyata keçirilən işlərdən məlumdur ki, bu cür halların qarşısı müraciət daxil olduqdan təxminən bir həftə sonra alınır. Amma bu iş isə "düyün"ə düşüb, iki aya yaxın müddət keçməsinə baxmayaraq, AYNA həmin parkinqlə bağlı heç bir tədbir görməyib. Hətta dekabrda verdiyimiz sorğuya şifahi olaraq cavab verilmişdi ki, mütləq tədbir görüləcək. Görünən budur ki, proses AYNA-nın marağında deyil. Görəsən, AYNA İdarə heyətinin sədri Anar Rzayev "Rahat"ın qarşısından niyə geri çəkilib? Ehtimallar üzərindən fikir bildirməkdən uzağıq. Amma...