Ağ xalatlı “qəssab”ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?
8-01-2024, 11:53
Bu gün səhiyyə sahəsində zəngin təcrübəsi olmadığı halda öncə kosmetoloq, az sonra isə estetik cərrah kimi rahatlıqla fəaliyyət göstərən “tibb uzmanları”nın sayı durmadan artmaqdadır.
Sosial şəbəkələrdə müxtəlif hesablar açaraq etdikləri reklam paylaşımlarının şərh bölümündə özlərini təriflədən və fantaziyalarını boş buraxıb “peşəkar” olduqlarını isbatlamağa çalışan bu şəxslər bahalı həyat yaşayaraq insanları özlərinə inandırmağı bacarırlar.
Reklam şərtləriylə, məşhurları “gözəlləşdirən” bu “uzmanlar” hətta cəmiyyətdə ciddi nüfuz sahibi olan sanballı insanları belə qurbanlarına çevirməklə, “fəaliyyət” çevrələrini daha da genişləndirirlər.
Bu gün, belə kosmetoloqların qurbanlarının sayı o qədər çoxalıb ki, artıq dövlət səviyyəsində həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb.
Belə kosmetoloqlara geniş meydan verən məşhur səhiyyə müəssisələrindən birinin “Neapol” filialında uğursuz estetik əməliyyatın qurbanına çevrilən, əməliyyatdan sonra vəziyyəti pisləşərək komaya düşən, sonradan digər xəstəxanalara aparılaraq ölümün caynağından zorla qurtarılan saysız-hesabsız pasientlər var (bu barədə bir neçə ay öncə bütün mediada xəbərlər yayımlandığından geniş izah vermirik). Burada ən ilginc məqam həm də odur ki, sözügedən klinikanın “Neapol” filialının yaxın vaxtlaradək estetik əməliyyatların aparılması üçün uyğun lisenziyayası belə olmayıb.
Bir müddət əvvələ qədər eestetik əməliyyatların aparılmasına qadağa qoyulan, yalnız cüzi estetik müdaxilələrə icazə verilən klinikanın adıçəkilən filialının baş həkimi Natavan Əmirovanın pasientlərə yanaşmada sözün bütün mənalarında “at oynatdığı” iddia olunur. Öncə kosmetoloq, daha sonra cərrah kimi fəaliyyətini davam etdirən, uğursuz əməliyyatları nəticəsində pasientlərinin sosial şəbəkələrdə “qəssab” adlandırdığı doktor Əmirovaya “dur” deyən hələ ki tapılmayıb.
Əksinə, reputasiyasının zədələnməsinə baxmayaraq, bu doktorun cərrah bıçağının dalı da kəsir, qabağı da… Onun skalpelindən nəsibini alanların sayını heç kim dəqiq bilmir. Heç yerə əli çatmayan, dərdini yalnız sosial şəbəkələrdə paylaşa bilən zərərçəkmişlər onunla bağlı elə faktlar açıqlayırlar ki, insanın damarında qanı donur. Davamlı olaraq, özünü “feyk” profillərdən təriflədən xanımın bu şərhlərə aqressiv yanaşması da göstərdi ki, cidanı çuvalda gizlətmək artıq mümkün deyil.
Həmin rəylərin bəzilərini diqqətə çatdırırıq:
“
• Natəvan Əmirova 3 dəfə anamı əməliyyat edib. Qadına fiziki və mənəvi zərər vurub. Onun əməliyyat etdiyi hər bir kəsin sinirlərini zədələdiyini vurğulayırlar. İnsanlar bu qəssabın etdiyi əməliyyatlardan əziyyət çəkir. Bu insanı televizorda nümayiş etdirib, zərərçəkmiş insanları dinləmək lazımdır ki, bu şəxs qanun tərəfindən cəzalandırılsın. Başqaları qurbana çevrilməsinlər…
• Bu Natavanın insanlar üzərində praktikası bitmədi… Yaxın adamımızı əməliyyat edib, çox bərbad haldadır. Üç dəfə əməliyyat etməsinə baxmayaraq heç bir nəticə yoxdur….
• Bizim yaxınlarımızı bərbəd vəziyyətə salan heç bir bacarığı olmayan Natavan Əmirovadır. O, ancaq internet həkimidir. Allahı bilsin. Natavan beş il əvvəl mənim də ayağımı pis günə qoydu. Dolğu çürüdüb ayağımı. Göymgöy göyərib qalıb, çıxartmaq da mümkün deyil. Çünki təbii adı ilə vurulmuş süni dolğuymuş…”
Bunlar doktor Əmirovadan şikayətçi olanların çox kiçik qisminin ictimailəşdirdiyi faktlardır. İndi görün, dərdini bölüşməyən şəxslərin sayı nə qədərdir…
Səhiyyə Nazirliyi bəhs olunan bu kimi hallarla bağlı nəhayət qəti ölçü götürməlidir. Əks halda, bu kimi doktorların “əl işi” hələ çoxlarını mənəvi və fiziki cəhətdən şikəst edəcək.
Yeni iliniz mübarək!
www.yenicag.az