“Otkad“da adı hallanan MMC-lər dövlət qoruqlarında “at oynadır“ - Dövlət Xidmətində “ənənəyə“ sadiq qalanlar kimlərdir?
8-01-2024, 17:06
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində büdcə vəsaitləri talan edilir...
AzFakt.com xəbər verir ki, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən bəzi qurumların keçirdiyi tenderlərdə "otkad" əməliyyatlarında adı hallanan təşkilatlar qalib edilir.
Bu cür qeyri-şəffaf təşkilatların Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan idarə və müəssisələrin satınalmalarında qalib elan edilməsinə nədənsə Xidmət rəhbərliyi və nazirliyin aidiyyatı qurumları susqunluq nümayiş etdirir.
Belə qeyri-şəffaf satınalmarın əsasən Xidmətin tabeliyində olan dövlət-tarix mədəniyyət qoruqlarında baş verdiyi deyilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 13 dövlət-tarix mədəniyyət qoruğu fəaliyyət göstərir.
Qeyd edək ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevadır.
Səbinə Hacıyeva 2023-cü ilin 1 mart tarixindən Xidmətə rəhbərlik edir.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 2020-ci ilin may ayında xüsusi əməliyyat keçirmişdi. DTX-nin keçirdiyi əməliyyatda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində böyük korrupsiya faktı aşkarlanmış, Xidmətin keçirdiyi tenderlərdə qalib olan şirkətlərdən "otkad" alındığı məlum olmuşdu. Əməliyyat nəticəsində Xidmətin rəisi Zakir Sultanov həbs edilmişdi.