"Azal" mavi səmada öz qiymətlərini necə diqtə edir - Qeyri-təbii inhisarın fəsadları

9-04-2015, 10:50           
"Azal" mavi səmada öz qiymətlərini necə diqtə edir - Qeyri-təbii inhisarın fəsadları
“Azerbaijan Airlines” aviaşirkəti bu ilin 2 ayında 230 min sərnişinə xidmət edib. Bu, ötən ilin eyni dövründəkindən 3% çoxdur. Bu zaman bu sərnişinlərin daşınması üçün aviaşirkət hava məkanında 16,9% çox uçmalı olub.

Müstəqil müşahidəçilər qeyd edir ki, beynəlxalq xətlər üzrə çevik tarif rejimi olsaydı, AZAL daha çox sərnişin daşıya bilərdi: şirkət inhisarçı mövqeyindən istifadə edərək rəqibləri olmayan bir çox istiqamətlər üzrə yüksək tariflər tətbiq edir. AZAL yerli bazara turistlər, tələbələr və digər sərnişin təbəqəsi üçün əlverişli olan ucuz ekonom paketlər təklif edən bəzi xarici şirkətlərin yerli bazara daxil olmasına mane olur.

Dövlət Mülki Aviasiya Administrasiyası, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azerbaijan Airlines” aviaşirkətinin hərəkətlərinə reaksiya vermir.

2014-cü ilin II rübündən aviaşirkət dövlət orqanlarına maliyyə fəaliyyəti ilə bağlı statistik məlumatları vermir. Ona görə rentabelli işləyib-işləmədiyi məlum deyil. 2014-cü ildə yerli aviaşirkətlər daşınan sərnişin sayı üzrə rekord vurub - 1790,4 min (+7,6%). Sərnişinlərin 99,9%-i AZAL-ın payına düşür.

Digər şirkət isə “Silk Way Business Aviation”dur. Ötən il “Turan Air” aviaşirkəti “radardan itib”. Hər iki şirkət “Silk Way Holding” şirkətlər qrupuna daxildir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.