“Bakcell” qanunları pozmaqda davam edir -Goldservice xidmətinin dövlət dili nədir?

22-05-2015, 17:24           
“Bakcell” qanunları pozmaqda davam edir -Goldservice xidmətinin dövlət dili nədir?
Qafqaz Xəbər Agentliyinə Bakcell şirkəti ilə əməkdaşlıq edən üç korporativ şirkət tərəfindən şikayət məktubu daxil olub. Şikayətdə qeyd olunur ki, bu üç şirkət bir ilə yaxındır ki, Bakcell şirkəti ilə əməkdaşlıq edərək 40 nömrə əldə ediblər. Bu üç şirkətə verilən nömrələr gold olduğu üçün Bakcell şirkəti tərəfindən goldsevice xidmətinə həvalə olunublar. Ancaq golservice xidməti həmin şirkətlərə 0 dərəcə xidmət göstərir. Misal üçün şirkətlərdən biri 5 aya yaxındır ki, goldservice xidmətinə yazılı şəkildə təkrar-təkrar müraciət edir ki, şirkətmizə məxsus bütün nömrələrin beynəlxalq zəngləri deaktiv olunsun. Goldservice xidməti öz növbəsində hər dəfə göndərilən müraciəti təsdiq edərək “okey” verir. Ancaq sonradan şirkətə təqdim olunan aylıq hesab-fakturadan bəlli olur ki, onlara məxsus nömrələrin bir neçəsinin beynəlxalq zənglərə çıxışı deaktiv olunmayıb və həmin nömrələrdən edilən beynəlxalq zənglər aylıq hesab-fakturaya artıq borc kimi əlavə olunub. Halbuki goldservice xidmətinə həmin şirkət tərəfindən dəfələrlə məktub yazılaraq müraciət olunub ki, bizim şirkətə məxsus bütün nömrələrin beynəlxalq zəngləri deaktiv olunsun. Əks halda həmin danışıqlara görə şirkət məsuliyyət daşımır. Ancaq buna baxmayaraq Bakcell şirkətnin goldservice xidməti dəfələrlə onlara müraciət edən şirkətin bir neçə nömrələrinin beynəlxalq zənglərini deaktiv etmir və sonrada həmin nömrələrdən edilən beynəlxalq zəngləri həyasızcasına həmin şirkətin aylıq hesab-fakturasına əlavə edir.

Bundan başqa goldservice xidmətinə müraciət edən şirkət onlara məxsus olan nömrələrin limitinin 5 manat olduğu barədə dəfələrlə yazılı formada müraciət edib, ancaq buna baxmayaraq həmin nömrələr ay ərzində öz limitlərini 3-4 dəfə artıq keçərək hər bir nömrəyə aylıq hesab fakturada 5 manat göstərməyin əvəzinə 10, 15 hətta 20 manat danışıq borcu göstərilir. Halbuki şirkət goldservice xidmətinə dəfələrlə müraciət edib ki, şirkətimizə məxsus nömrələrin limiti 5 manatdan artıq olmasın. Digər şirkətlər də Bakcell şirkətinin goldservice xidmətindən şikayətçidirlər. Şirkətlər xüsusi olaraq qeyd edir ki, biz dəfələrlə golservice xidmətinə yazılı müraciət etmişik ki, bizim aylıq hesab fakturamız email-ə göndərilsin. Bir ilə yaxındır ki, hesab faktura almırıq və korporativ nömrələrin borcunu ayrı-ayrılıqda şirkətin əməkdaşları özləri ödəyirlər. Halbuki ödənişlər şirkət tərəfindən ayda bir dəfə təqdim olunan hesab faktura əsasında ödənilməlidir. Şirkətlər onu da qeyd edirlər ki, goldservice xidmətinə müraciət edib bildiririk ki, bütün bu problemlərlə bağlı yazılı qaimə təqdim olunsun. Qoldservice xidməti yazılı qaiməni ingilis dilində göndərir ki, onların başımıza açdıqları oyundan heç nə anlamayaq. Şirkətlər cavab olaraq goldservice yazırlar ki, bizim dövlət dilimiz Azərbaycan dili olduğu üçün və Bakcell şirkəti Azərbaycan dövlətində fəaliyyət göstərdiyi üçün, yazılı qaiməni azərbaycan dilində təkrar göndərin biz anlayaq ki, siz bizim başımıza nə oyun açırsınız. Ancaq təəssüflər olsun ki, neçə gündür ki, goldservice xidmətindən bir cavab ala bilmirik. Bunula bağlı şirkətlər cənab nazir Əli Abbasova müraciət etməyə hazırlaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.