MTN generallarının “intihar”ının pərdəarxası
7-08-2016, 15:56

Bir neçə gün əvvəl MTN-in qanlı generalı Akif Çovdarovun intihara cəhd etdiyi barədə məlumat yayıldı.
Lakin Ədliyyə Nazirliyi bu xəbəri təkzib etdi. Bundan əvvəl isə MTN-in Anti-Terror Idarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Elçin Quliyevin istintaqı intiharla hədələdiyi barədə xəbər yayılmışdı. Bundan başqa, media keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun öldüyü barədə də məlumat yaymışdı. Lakin bu məlumatların heç biri təsdiqini tapmayıb.
Təhlükəsizlik üzrə ekspertlər hesab edir ki, belə xəbərlərin yayılması təsadüfi deyil. Onların məsələ ilə bağlı iki ehtimalı var. Birinci ehtimal məlumatların Eldar Mahmudovun şəbəkəsi tərəfindən yayıldığı barədədir. Ekspertlərin fikrincə, şəbəkə bu tip məlumatlarla hakimiyyətə təzyiq göstərməyi düşünə bilər: "Şübhəsiz ictimaiyyət onların intiharına birmənalı yanaşmayacaq. Onların öldürüldüyü barədə iddialar ortaya atılacaq. Hakimiyyətin hansısa sirləri gizlətdiyi barədə mülahizələr irəli sürüləcək və s. Bu da hakimiyyət üçün növbəti başağrısıdır”.
azadliq.info