ETSN 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN MÜDİRİ CİNAYƏT MƏSULİYYƏTİNDƏN NECƏ YAYINA BİLDİ?
21-02-2024, 09:27
TEREF yazır ki, İfadə TV-nin baş redaktoru Prezidentə və əlaqədar strukturlrın rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətdə yazılıb:
İFADETV.COM İnformasiya Agentliyinin baş redaktoru İfadə Cəfərzadə tərəfindən
« Məlumat üçün bildirirk ki, 26 sentyabr tarixli sayımızda İsmayıllının İstisu kəndi yaxınlığındakı “Şahdağ”Milli Parkının İsmayıllı Bölməsinə aid meşəli dağlardan son 7 aydır ki, Elçin adlı şəxsin sifarişləri əsasında dövlət qeydiyyat nişanları olmayan “Zil” və “QAZ -66” markalı yük avtomobilləri vasitəsilə uzunluğu 1.4 metr, diametric 44-76 sm olan yeni kəsilib yerində doğranmış fıstıq cinsli meşə materiallarının müntəzəm olaraq İsmayıllı şəhərində Ekologiya İdarəsinin yaxınlığında yerləşən taxta sexinə emal üçün daşınması barədə məlumatları ictimailəşdirdik. Bundan sonra Baş Prokurorluğun idarə rəisi tərəfindən araşdırmanın müəllifi, əməkdaşımız Məmməd Əhmədioğlu dəvət edilərək hadisənin reallıqda olub olmaması barədə izahatı alınmışdır. Və tezliklə 13 nəfər «meşə qulduru» saxlanılaraq barələrində cinayət işi başlanmışdır. Lakin çox təəssüflər olsun ki, cinayətkarlarla gizli sövdələşmələr etmiş ETSN -nin İsmayıllı Regional Meşə Təsəsrrüfatı Mərkəzi müdiri işdən azad edilmiş, digər 6 saylı Ekologiya İdarəsinin müdiri isə «sudan quru» çıxmışdır. Redaksiya olaraq bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.
Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndində qeyd edilib ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. 206-cı maddənin 206.3. bəndinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.
Qanunvericiliyin xüsusi maddələrini nəzərə almağınız xahiş olunur. Əvvəlcədən təşəkkürlər.
Hörmətlə, baş redaktor İfadə Cəfərzadə
Qoçma:https://ifadetv.com/5150-etsn-6-sayli-ekologiya-idare-mudiri-cinayet-mesuliyyetinden-nece-yayindi.html
Hələ 2023-cü ilin sentyabrın 13 tarixli sayında “İsmayıllı və Masallı meşələrində ifşa olunan mütəşəkkil dəstələr nazırin karyerasına son qoya bilər” başlıqlı məlumat xarakterli yazımızda Masallı və İsmayıllının meşə və “Şahdağ” milli Parkında kütləvi formada kəsilən meşə cinsli ağacları məhv edən dəstələrin ifşa olunmalarından və hazırda aparılan istintaq zamanı ETSN 6 saylı Dövlət Ekologiya İdarəsinin müdiri Namiq Yusifov və İsmayıllı Regional Meşə Təsərrüfatının özündənrazı, və "pensioner komissar" müdiri Quliyev Rəsulun çox sərbəst surətdə meşələrimizi məhv edən mütəşəkkil dəstə olan "meşə quldurları" ilə əlaqələrinin olub olmaması barədə məlumat vermişdik. Bu məqaləmizdən qeyzlənən Yusifov Namiq bir neçə gün sonra bizimlə telefon əlaqəsi yaradaraq İsmayıllıda bütün meşələrin göz bəbəyi kimi qorunmasından və bizim məlumatın tam əsassız olması barədə öz iradını bildirmişdir. Və hətta bir az da irəli gedərək bizi yalan və əsassız məlumat yaymağa görə söyüş sahibi ola biləcəyimizi də nəzərimizə çatdırmışdır. Biz də mətbu orqan olaraq ETSN 6 saylı Ekologiya İdarəsinin rəisi Yusifov Namiqin nəzərəinə baş vermiş ekoloji cinayət hadisəsini daha ətraflı formada ictimaiyyətə təqdim edəcəyimizə söz vermişdik.
Və sözümüzə əməl edərək 26 sentyabr tarixli sayımızda İsmayıllının İstisu kəndi yaxınlığındakı “Şahdağ”Milli Parkının İsmayıllı Bölməsinə aid meşəli dağlardan son 7 aydır ki, Elçin adlı şəxsin sifarişləri əsasında dövlət qeydiyyat nişanları olmayan “Zil” və “QAZ -66” markalı yük avtomobilləri vasitəsilə uzunluğu 1.4 metr, diametric 44-76 sm olan yeni kəsilib yerində doğranmış fıstıq cinsli meşə materiallarının müntəzəm olaraq İsmayıllı şəhərində Ekologiya İdarəsinin yaxınlığında yerləşən taxta sexinə emal üçün daşınması barədə məlumatları ictimailəşdirdik. Bu barədə İstisu kəndindəki mənbələrimiz qeyd edirlər ki, əvvəllər də bu barədə Ekologiya nazirliyinə və yuxarı orqanlara dəfələrlə şikayətlər etsək də xeyri olmamışdır. Təxminən 1 ay əvvəl DİN-nin 102 xidməti”nə edilən şikayətdən sonra məsələ nəzarətə götürülmüş, şikayətin əsaslı olması təsdiqini tapdıqdan sonara təşkil edilən əməliyyat nəticəsində hüquq-mühafizə orqanları “Şahdağ” Milli Parkında qırılan çoxsaylı ağacların kəsilməsini müəyyən etmiş, 18 kub m həcmdə kəsilmiş və sexə gətirilən ağaclar gecə saat 1 radələrində müsadirə edilmişdir. O da məlum olmuşdur ki, kəsilən ağacları taxta sexini icarəyə götürmüş iş adamı Elçin sifarişlər əsasında taxta yeşiklər düzəltməklə iş adamlarına satmaqla məşğul olurmuş.
Bu fakta arayış verən Yusifov N isə qeyd edir ki, İsmayıllı Regional Meşə İdarəsində 1 dənə də olsun ağac mənim dövrümdə kəsilməyib. Bu adamı başa sala bilmədik ki, “Şahdağ” Milli Parkı daha yüksək səviyyədə qorunmalıdır və bu iş də sizin rəhbərlik etdiyiniz 6 saylı Ekologiya İdarəsinin vəzifəsinə daxildir. Necə ola bilər ki, aylarla gecə və gündüz yerli camaatın gözü önündə nömrəsiz yük avtomobillərilə daşınan yeni kəsilən fıstıq ağacları barədə sadə vətəndaşlarımız ETSN-ə şikayətlər edir, amma N.Yusifovun bundan “XƏBƏRİ OLMUR”. Və yaxud gecə saat 1 radələrində Bakıdan gəlmiş polis avtomobilləri təzə kəsilmiş ağaclarla dolu olan yük avtomobilini Qəbələ=İsmayıllı şosse yolunda saxlayır, yenə də 6 saylı yerli Ekologiya İdarəsi müdirinin bundan xəbəri olmur. Hansı ki, saxlanılan yük avtomobilinin sürücüsü də yerli Ekologiya İdarəsinin məsul işçisinin qardaşı oğlu imiş.
Bəli, biz də peşə borcumuzu yerinə yetirərək “Şahdağ” Milli Parkda kütləvi kəsilib satılan ağaclardan ETSN 6 saylı Ekologiya İdarəsinin xəbəri olub” başlıqlı araşdırma məqaləmizdə bird aha göstərdik ki, Milli Park ərazisindən kəsilən ağac materialları nömrəsiz avtomobillərlə elə Regional İsmayıllı Regional Meşə İdarəsinin ərazilərindən keçərək İsmayıllı şəhərinin 6 saylı Ekologiya İdarəsinin yaxınlığında yerləşən Elçinin icarə götürdüyü taxta sexinə aylardır daşınmışdır.
O məlumatı da yerli mənbələr qeyd etdilər ki, Azərbaycanın meşə ərazilərindən qanunsuz daşınan bir yük avtomobilində daşınan yükə görə Regional meşə müdirlərinə 100 manat , eləcə də yerli Ekologiya İdarəsi müdirinə də 40 manat haqq çatmalıdır. Yoxsa ki, “qazdan ayıq” müdirlərin və onların onlarla işçilərinin gözlərindən yayınmaq əsla mümkün deyil.
26 sentyabr 2023-cü il tarixli “Şahdağ” Milli Parkda kütləvi kəsilib satılan ağaclardan ETSN 6 saylı Ekologiya İdarəsinin xəbəri olub” başlıqlı araşdırma məqaləmizdən sonra aidiyyatı dövlət qurumları lazımi tədbirlər görməyə başlamışlar. Belə ki, Baş Prokurorluğun İdarə rəisi də bizi bu məsləni dəqiqləşdirmək üçün oktyabrın 16-da prokurorluğa dəvət edərək izahatımızı almış və xəbərdarlıq etmişdir ki, əgər bu məslə öz təsdiqini tapmasa sizə qarşı tədbirlər görüləcəkdir. Biz də razılaşmışdıq. Sonradan araşdırmalar zamanı taxta sexinin sahibi Elçin də cəmi 13 nəfər şəxs saxlanılaraq barələrində sübutlar üzrə Baş Prokurorluğun nəzarəti altında araşdırmalara başlanmışdır. Və “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində bu miqyasda törədilmiş ekoloji terror görə cinayət işi açılmışdır. Sonradan o da məlum olmuşdur ki, əsas məsul şəxs olanlardan biri ETSN İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri “sabuiq təqaüdçü komissar” olmuş Quliyev Rəsul Həsənbala oğlu “xoruza yük” edilərək vəzifəsindən azad edilmişdir. Çox güman ki, cənab nazir Muxtar Babayev “meşə quldurları” ilə gizli əlaqəyə girərək pul qazanan Quliyev Rəsulu cinayət məsuliyyətindən xilas etmək üçün onu vəzifəsindən azad etmişdir. Bəs o zaman irimiqyaslı cinayət işi üzrə məsul şəxs olan ETSN 6 saylı Ekologiya İdarəsinin müdiri Yusifov Namiq necə “sudan quru” çıxa bilmişdir?
Bəli, belə təbii suala cavab tapmaq üçün yenə də ETSN rəhbəri cənab Muxtar Babayevə üz tutmaq lazımdır. Vaxtıilə 7 saylı Ekologiya İdarəsinin müdiri işlərkən qısa zaman kəsiyində Şəki və Qax ərazisində çoxsaylı mülklərin-obyektlərin sahibinə çevrilmiş Yusifov Namiqdən soruşan olacaqmı ki, təkcə Qax meşələrində əsrlər boyu qorunan minlərlə palıdlardan niyə bircə dənə də olsun düz qamətlisi qalmamışdır?
Biz də inanırıq ki, cənab nazir nə qədər “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində uzun müddət meşə cinsli ağacları kütləvi məhv edən və hazırda barələrində cinayət işi başlanmış 13 nəfərlik dəstə ilə gizli sövdələşən Yusifov Namiqi qorumağa çalışsa da Baş Prokurorluğun nəzarətində olan bu işə görə kimsə məsuliyyətdən yayına bilməyəcək. Necə ki, biz də tam məsuliyyəti ilə izahatımızda göstərdik ki, bəli, “Şahdağ” Mili Parkının İstisu kəndi yaxınlığında geniş miqyaslı ekoloji terror həyata keçirilir. Və qeyd etdityimiz fakt öz təsdiqini tapmışdır. Yəni biz məsuliyyətdən azad edildik. İndi son söz istintaqındır.
İfadetv.com-un araşdırma qrupu
TEREF Xocanin Blogu olaraq səhifəmiz hamının üzünə açıqdır!
TEREF