Saatlı DSMF-nin sədri icra başçısı olmağa çalışır

9-08-2016, 09:30           
Saatlı DSMF-nin sədri icra başçısı olmağa çalışır
Saatlı rayonunda vətəndaşlar yeni başçının arzusundadır. Bu vəzifəyə isə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri Hafiz Miriyev daha çox layiqlidir. Verilən məlumata görə, rayon ərazisində böyük nüfuz sahibinə çevrilmiş bu şəxs vətəndaşların etimadını qazanıb. Öz işinin öhdəsindən layiqincə gəlməsi yerli sakinlərin diqqətindən kənar qalmayıb. Gundelik-baku.com-a verilən məlumatlara görə, hazırki icra başçısının fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olur. Çünki rayon ərazisində sosial problemlər getdikcə artmaqdadır. Hafiz Miriyevin rayon ərazisində nüfuzunun artması rayon rəhbərliyinin diqqətindən kənar qalmayıb. Hər vasitə ilə onu rayondan uzaqlaşdırmağa çalışır. Əldə etdiyimiz məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyev vəzifəsindən çıxarılandan sonra Hafiz Miriyev öz riçaqlarını daha da işə salıb və birbaşa icra başçısı olmaq iddiasına düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.