Qazaxda 42 ağacın kəsilməsi, EKOLOGİYA NAZİRLİYİNİN SUSMASI… - VİDEO

23-02-2024, 13:14           
Qazaxda 42 ağacın kəsilməsi, EKOLOGİYA NAZİRLİYİNİN SUSMASI… - VİDEO
Qazax rayonunun ərazisində ağacların kəsilməsi, ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanmışdır. Belə ki, Qazax şəhərində ağaclarının qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə yerində monitorinq aparıb, protokol tərtib edib və araşdırılmasını prokurorluq orqanına göndərməlidir.
Qanunvericilikdə meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi, götürülməsi, yaşıllığa xeyli miqdarda ziyan vurduqda, sözügedən rayonun icra hakimiyyətinin aidiyyəti üzrə vəzifəli şəxsləri haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanmalıdır.
Bu arada, onu da nəzərinizə çatdıraq ki, son zamanlar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adı gündəmdən düşmür. Belə görünür ki, sözügedən icra başçısının rayonun ərazisindən xəbəri yoxdur. Axı, burda 42 ağacdan söhbət gedir. Necə ola bilər ki, bu qədər ağacın kəsilməsi bir gün və ya artıq zaman tələb etdiyindən, rayon ərazisində hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin xəbəri olmasın?.. Gülməlidir, elə deyilmi.
Buradan da belə çıxır ki, Qazax şəhərinin magistral yolunun üstündə ağacların kəsilməsinə bilərəkdən göz yumulub və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ekologiyaya xeyli miqdarda ziyan vurulub.

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.