Müharibədə 2 övladı şəhid olan Şəki sakini icra başçısından şikayətçidir - "Şəhidlərin yolun qırağına vurulan şəkilləri üçün ailələrindən 150 manat yığıldı" / VİDEO, FOTO

24-02-2024, 09:36           
Müharibədə 2 övladı şəhid olan Şəki sakini icra başçısından şikayətçidir - "Şəhidlərin yolun qırağına vurulan şəkilləri üçün ailələrindən 150 manat yığıldı" / VİDEO, FOTO
Müharibədə 2 övladı şəhid olan Şəki sakini icra başçısından şikayətçidir -
Şəki şəhər sakini, şəhid atası Babayev Bəhruz Yolçu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid atası icra başçısı Elxan Usubovdan narazılıq edir:
“Mən, Babayev Bəhruz Yolçu oğlu, yazaraq bildirirəm ki, 2 şəhid atasıyam. Amma bu günə kimi bir dəfə də olsun, İcra Hakimiyyətindən şəhidlərimə və özümə qarşı hörmət görməmişəm.
İcra başcımız Elxan Usubov şəhidlərin Şəki yolunun qırağına vurulan şəkillərinin hər birinə onların ailələrindən 150 manat pul yığaraq, düzəldib. Bu nə qədər düzgündür? Buna da göz yumduq.
Daha sonra, Qozbulaq kəndinə asfalt örtüyü çəkilib, amma şəhidin evinə gedən yol bərbad gündədir. Küçəyə asfalt örtüyü çəkilməmiş, gətirib şəhidin plakatını bu yararsız vəziyyətdə olan küçəyə qoymaq istəyirlər.
Bizim icra başçımız özünə villalar, xaricdən torpaq almaqla vaxtını keçirdir. Əhaliyə, xüsusən də şəhid ailəsinə gün ağlamır. İndiyə kimi bu icra başçısı nə bizi evlə təmin etməyib, nə də küçəyə asfalt örtüyü çəkdirib. Artıq söz danışanda da bizi polislə hədələyir.
Torpaqları şəhidlər, qazilər aldı, bunu gərək unutmayalar.
Məktəbin yanındakı plakatı mən özüm cibimdən 800 manat ödəyərək, düzəltdirmişəm. Övladlarım şəhid olanda birinin 19, digərinin isə 22 yaşı olub”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


hurriyyet.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.