İST.EDU.Az saxta sertifikatlar satır? - Dövlət Məşğulluq Agentliyi ilı “işbirliyi“, yoxsa?
5-03-2024, 07:54
Azərbaycanda peşə hazırlığı ilə bağlı fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti saxta sertifikatlar verirlər.
AzFakt.com saytı xəbər verir ki, aiddiyyatı dövlət qurumlarında reyestrə alınan bu müəssisələr əksər hallarda heç bir kurs təşkil etmədən müxtəlif peşələr üzrə sertifikat verir, bu sertifikatların müqabilində isə külli-miqdarda vəsait alınır.
Maraqlıdır ki, saxta sertifikat satışını həyata keçirən müəssisələrin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinin reyestrində qeydiyyatdadırlar.
Öncə qeyd edək ki, Azərbaycanda peşə hazırlığı ilə bağlı fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti saxta sertifikatlar verirlər.
Araşdırmamız zamanı məlum oldu ki, saxta sertifikat satan müəssisələrdən biri də İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qısa adı IST.EDU.Az olan bu müəssisənin heç bir kurs keçmədən kütləvi formada sertifikat satışı həyata keçirdiyi deyilir.
IST.EDU.Az-ın satdığı sertifikatların qiyməti isə 700-1500 manat arası dəyişdiyi bildirilir.
Araşdırmamız zamanı o da məlum oldu ki, IST.EDU.Az Dövlət Məşğulluq Agentliyinin rəsmi icazəsi olmadan digər sahələr üzrə də sertifikat satır.
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında IST.EDU.Az-a yalnız Lift təmiri - Lift üzrə elektromexanik, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Əl elektrik qaynaqçısı, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Elektrik qaz qaynaqçısı, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Qaz qaynaqçısı və Qazanxana maşın və avadanlıqlarına xidmət - Qazanxana maşinisti peşələri üzrə sertifikat verməyə icazə verilib.
Lakin müəssisə Dövlət Agentliyinin reyestrində icazə almadığı peşələr üzrə də sertifikat verir.
Bu fakt IST.EDU.Az-ın rəsmi saytında da yer alıb.
Belə ki, müəssisənin öz saytında peşə hazırlığı üzrə elan etdiy təlimlər Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında elan edilənlərdən artıqdır:
Ümumi SƏTƏM, Sənaye texnikaları Operatoru, Yükqaldırma, Sənaye Xidmətləri, Lojistika, Keyfiyyət - İdarəetmə, Xilasetmə, DHDNÇ-STCW və "Digər" bölüm adında isə neft və qaz, kimya, tikinti-inşaat, gəmiqayırma və digər zavod və fabriklər daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab verən təlimlərin tədris edildiyi barədə elan yer alır.
Dövlət Məşğulluq Agentliyinin rəsmi icazəsi olmadan verilən saxta sertifikatları alan şəxslərin sonrakı taleyi isə yəqin ki, əksəriyyətə məlumdur.
Qeyd edək ki, İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Xəlilzadə Orxan Sehran oğludur.
Digər məqam isə peşə hazırlığı üzrə fəaliyyət göstərən müəssisələrin vergi mükəlləfiyyətləri ilə bağlıdır. Bu barədə növbəti araşdırmamızda...
Mənbə: Azfakt.com
Qarşı tərəf mövqe sərgiləyə bilər.
TEREF
IST.EDU.Az saytının təlim elanı