Ölüm saçan SAXTA içkilərin məkanı “YAŞIL ADA” RESTORANI – “Restoranın Vergi borcu vergi əməkdaşları tərəfindən necə silindi”

13-03-2024, 15:38           
Ölüm saçan SAXTA içkilərin məkanı “YAŞIL ADA” RESTORANI –
“Yaşıl Ada” əvvəlki adı ilə “Baku City” bir polisin ölümünə səbəb olan obyekt. Bir müddətdir ki, bu obyektlə bağlı durmadan gələn ilginc məlumatlar artıq tükənmək bilmir. “Baku City” kimi fəaliyyəti zamanı 2 nəfərin ölümünə səbəb olan saxta viski satışının mərkəzi olduğu iddia edilən məkan hadisədən dərhal sonra imici ilə birlikdə adınıda dəyişdi.
Bu restoran adlını “Yaşıl Ada” qoymaqla vərdişlərindən heç cürə əl çəkə bilmədi. Bu gün belə saxta yollarla əldə edilən viskiləri qablaşdırılmasını restoranın daxilində edərək vətəndaşları aldatmağı bacaran restoran sahibi yenicə azadlığa çıxan Füzuli Alıyevdir. O törətdiyi əmələ görə, 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası almasına baxmayaraq müddətdən əvvəl şərti azadlığa buraxılıb. Lakin tutduğu əməllə görə illərlə azadlıqdan məhrum edilsədə “ağa nəzərəm belə gəzərəm” deyərək islah edilmədiyini bir daha azadlığa buraxılan kimi göstərdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, həbs edilməmişdən öncə şəxsin viskiləri 5 manata alaraq bahalı Viski şüşələrinə doldurmaqla içkili olan şəxslərə, 5 manatlıq viskini 120-160 manat arası satmaqla müştərinin hüquqlarını kobud şəkildə pozur. İlk öncə qeyd edək ki, bu restoran sahibinin birdə “Baku Music Holl” adlı restoranıda var. Həmin restoranı tanınmış müğənni Vüsal Şahbazovun səhnə almasından istifadə edərək imicini yüksəltmək məqsədi ilə “BY ŞAHBAZOV” adını restoranın üzərinə yazdırıb. Hər kəs bilir ki, Vüsal Şahbazov səhnə adamıdır. Lakin Füzuli Alıyev və xalası nəvəsi Vüsal Rəhimov müğənninin gənclər arasında sevgisindən istifadə etməyidə yaxşı bacarıb. Beləki həmin restoranda da saxta araqların Qida Agentliyi tərəfindən aşkar edilərək Korrupsiya mübarizə idarəsində göndərməsidə faktdır. Lakin Korrupsiya işin araşdırılmasını Binəqədi Polis idarəsinə həvalə etməsinə baxmayaraq məsələ bu günə qədər dondurulmuş olaraq qalmaqdadır.

Aldığımız məlumata görə isə Binəqədir Polis idarəsinə yeni təyin edilən Cinayət Axtarış Şöbə rəisi məsələnin araşdırmasına başlayıb. İşin bu günə qədər bağlı saxlanılmasına əsəbləşən CAŞ-ın rəisi bütün məsələyə aidiyyatı olan şəxslərin təzədən dindirilməsini tələb edib. Dəfələrlə restoran sahibləri polis idarəsinə çağrılsada gəlməyə tənnəzül etmədiyidə verilən məlumatlardadır. Hətta bildirilir ki, V.Rəhimov idarəyə getmək istəsədə Kamal kimi tanınan Füzuli Alıyev ona heç hara getmə zənglə məsələni həll edəcəm deyərək V.Rəhimovun polisin çağrışına itaətdən çəkindirir. V.Rəhimov Saxta içkilərin müştəriyə satılmasına görə ifadə verməkdən boyun qaçırır. Qanun çağrışını belə saymayan F.Alıyev məhs bu saymazlığına görə dəfələrlə restoranları polis tərəfindən bağlanılıb. Lakin bu şəxsin arxasında duranlar Polisdən şikayət edən Füzuli Alıyevə hələdə qamar çıxır. “20 ci polis bölməsi “Yaşıl Ada”nı iki gün bağlı saxlatdı lakin sahibkarın sıxışdırıldığı müraciətləri ilə bölmə rəisinə təzyiqlər etdirən F.Alıyev çirkin niyyətindən geri çəkilmədi. Qeyd edək ki, Azərbaycan Polisi hər dəfəsində üzərinə düşən vəzifəni icra etmək istədikdə qara qüvvələr onların işini pozaraq imicin zədələnməsini təmin edir.
İki illə yaxındır “Yaşıl Ada” restoranı əslən bakılı olan Arzu adlı Qazimizin adına rəsmiləşdirilib. Lakin məkanda heç zaman onu görmək mümkün deyil. Çünki restoran VÖEN olaraq onun adındadır. Restoran sahibləri yenədə Füzuli Alıyev və Kamaləddin Məmmədovdur. Bu şəxslər qardaşdır soyadlarının fərqli olması isə Füzuli kimi tanınan şəxsin Rusiyadakı qaranlıq işlərinin olmasıdır. Əvvəlki adı Kamal Məmmədov olan Füzuli Alıyev Rusiyada uzun illər yaşamış və kriminal aləmin bir parçasına çevrilmə cəhdi başına olmazın oyunların gətirib. Hətta əllilik dərəcəsinində alınması məhs elə orda aldığı xəsarətlərdən dolayıdır deyə məlumatda qeyd edilib. “Yaşıl Ada” restoranın bir il əvvəl borcunun hansı yollarla azaldığını araşdırdıqda Vergi əməkdaşları ilə sövdələşmə sayəsində dövlətə olan borcu qeyri-qanuni yollarla silindiyi məlum olub.

Məsələ diqqətimizdədir və araşdırılır.
Ekologiyatv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.