Qalmaqallı professor baş həkim oldu -

15-03-2024, 17:28           
Qalmaqallı professor baş həkim oldu -
"Lanset" klinikasına yeni baş həkim təyin edilib.
Bakupost.az xəbər verir ki, bu posta professor Əliyev Şahin Həşim oğlu gətirilib.
Şahgin Əliyev bir müddət əvvəl qalmaqallı məhkəmə işi ilə bağlı gündəmə gəlmişdi. Həmin məhkəmə işinə görə o, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri vəzifəsindən azad edilmişdi.
Məhkəmə prosesində məlum olmuşdu ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institutun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.
Sonradan aldadıldığını bilərək, məhkəməyə müraciət edib.
Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.
4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.