Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA
28-03-2024, 08:37
Bu gün redaksıyamıza daxil olan məlumata görə, həmkarlara müəllimlərin maaşından zorla yığılan vəsait tamamilə aidiyyatı olmayan yerlərə xərclənir. Beləki, idarə rəhbəri İlhamə Abdullayevə xalası qızı 1 saylı Xırdalan məktəbinin direktoru Arifə Balakişiyeva Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova istirahət kompaniyası yaradılıb.
Həmkarların bu xanımlara tanıdığı istirahət paketi əslində toy qabağı İlhamə Abdullayevanın qızı üçün cehiz almağa getdiyi İtalyanı bəyənməsi şərəfinə toy sonrası çəkdiyi yükün ağırlığından bir balacada olsun mənəvi rahatlığa hesablanıb. Bu gün idarədən kimdən bu halı maraq etsək deyəcəklər ki, təhsilə bağlı form keçirilir və buna görəfə təhsil işçilərindən ibarət yaradılmış kollektiv Siciliyaya səfərə gedib. Lakin apardığımız araşdırma onu göstərir ki, Siciliya ilə bizi bağlayan hər hansı təmas yoxdur. Amma Abşeron-Xızı regionalın tabeliyində olan məktəblərdə özbaşınalığ korrupsiya hərcmərclik göstərir ki, Sicilyadan Azərbaycan təhsilinə müsbət heçnə gətirilməyib. Maraqlı olan isə bir çox öncül məktəblərin rəhbərləri deyil, İlhamə Abdullayevlə vaxtı ilə Bakı təhsilində və bu gün tədbirlərdə ona bahalı ərmağanlar toyda yüksək məbləğdə pul yazdıran şəxslərlə birgə gəzintiyə yollanmasıdı. Çox maraqlıdı İlhamə Abdullayeva bu adamı tanımadığın deyir lakin adam təhsil işçilərindən çox həmin inzibati binaya girib çıxır. Bir bu şəxsin kimliyini maraqlanan olmayıbmı ki ay insan, sən kimsən həftənin 4-5 günün bu müəssisədə nə gəzirsən. Eh kimə nəyi deyirik. Təbii ki şəxs özlərinin adamıdı və hətta təhsil adlı bir saytda açaraq İlhamə Abdullayevaya qorxma, qorxma mən burdayam siqnalı verir. Elə bundan olacaq ki, İ.Abdullayeva ölkədən xaricdə istirahətini rəfiqələri ilə rahat şəkildə həyata keçirir. Qız toyunda aldığı məzuniyyətin görən neçə günün şəxsi gəzintisi üçün coxalmasıda müəmmalı tezisdi...
İndi sualımız var İlhamə xanım bu 16 mart xırdalan parkında keçirilən tədbirdə Arifə Balakişiyevanın verdiyi hədiyyəni sosial şəbəkələrdə yayımlayıb sonra niyə sildiz..? Yoxsa ilahiləşdirildiyinizin fərqinəmisiniz..?
Ən əsasıda bu istirahətlər ilk və son deyil. 2023-cü ildə 21.000 manatlıq istirahətin vəsaitini Həmkarlar necə təmin etməsi bu günə qədər sirr saxlanılır. Qeyd edək ki, Həmkarlar müəllimlərin istirahətə getmələri zamanı onlara sanatoriyalara getmələri üçün bütün kuponların hər birini endirimli qiymətlərlə əl altından satmağı çox yaxşı bilir. Lakin RTİ rəhbərinin xərclərini isə illərdir müəllimlərin maaşlarından kəsilən vəsait hesabına ödəməkdən çəkinmir. Buna səbəb isə İlhamə Abdullayeva istəsə həmkarların büdcəsinə gedən vəsaiti dayandırmaq səlahiyyətindən irəli gələcək ki qorxu hər şeyin həlli yolu hesab edilir.
Mənbə: bakunews.az
https://bakunews.az/tehsil/12614-siciliya-adalarinda-istirahete-yolanan-tehsil-rehberleri-kimlerdir.html