"Mənə deyirlər ki, ağlın var idi, müharibəyə getməzdin" - EV NÖVBƏSİNDƏ 20 MİNİNCİ YERDƏ OLAN QAZİ ETİRAZ EDİR

30-03-2024, 00:02           
"Mənə deyirlər ki, ağlın var idi, müharibəyə getməzdin" -
Göygöl şəhər sakini Məmmədov Orxan Vilayət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O.Məmmədov növbədə olduğu evi ala bilməyəcyindən şikayətlənir:

"Mən, Məmmədov Orxan Vilayət oğlu, 2020-ci il sentyabr ayının 27-də Göygöl Hərbi Komissarlığı tərəfindən müharibəyə göndərilmişəm. Müharibə vaxtı ağır yaralandığım üçün qazi adına layiq görülmüşəm.

Dəfələrlə Göygöl İcra Hakimiyyətinin rəhbər şəxslərinin və digər qurumların qəbulunda olmuşam, amma mənə mənzillə bağlı heç bir köməklik göstərmirlər. Məni ev növbəsində məni 20 mininci adam yazıblar. 2 dəfə rayonda qazilərə ev paylanıldı, mənə vermədilər.

Yaşadığım evin şəkillərini göndərəcəm baxın, görün, qazi heç belə evdə yaşayarmı? Göygölün heç bir vəzifəli şəxsi mənə kömək etmir. Deyirlər ki, ağlın var idi, müharibəyə getməzdin".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru