Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı

31-03-2024, 08:54           
Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı
Bir müddətdir ki, ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR – VƏ YA MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN NECƏ SABOTAJ EDİLİR?! başlığı altında məlumatlar mediada dərc edilməkdədir. Məsələ ilə bağlı açıq mediaya müraciət edən şəxsin kimliyidə ortadadır. Lakin Təhsil Nazirliyi hələdə məslədə geri durmaqla baş verənlərə qarşı laqeydliyin nümayiş etdirməkdədir.

Mətbuata Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc etməyimizə baxmayaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən heç bir açıqlama verilmədi. Beləki, MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN məhv edilməsi normal qəbul olunurmuş imici verildi.

Bu imicin yaranmasında Təhsil Naziri Emin Əmrullayevin böyük payı var desək yanılmarıq. Bu qədər informasiyanı media hər kəsə çatdırdığı kimi Nazirədə çatdırır. Lakin Nazir öhdəlik götürdüyü vəzifəsini icra edə bilmədiyini hər dəfəsində əməli ilə subuta yetirir. Aparılan islahatlarda təyinatların rüşvət və arxalı şəxslərin təyinatlar alması aparılan işlərə kölgə salsada bu E.Əmurullayevin kefinidə pozmur. Realıq bundan fərqlidirsə buyursun Nazirliyin səlahiyyətliləri bunun əksini subut edəcək dəlilərlə çıxış etsin məhs bunuda biz iddia edirik. İddiamızda haqsızıqsa qarşı tərəf olaraq haqqlarından istifadə edərək fikirlərin cəmiyyətimizə çatıra bilərlər.

MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏNBU TİP ƏMƏLLƏR SAYIƏSİNDƏ KÖLGƏ SALINIR Kİ BUNADA NAZİRLİK MƏHƏL QOYMAYIR…

Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! )

Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?

İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:

– Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı, hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır);

Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı – FOTOLAR
– 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);

Xırdalan şəhər məktəblərinə uzanan Regional idarəçilik və rüşvət tuğyanı – FOTOLAR
– İdarənin 90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsi (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana ödəniş də, “təbii ki”, Həmkarların büdcəsindən edilib);
Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.

ARDI VAR

ANONS:
– Xırdalan şəhəri 1 saylı orta məktəbdə 11-ci siniflərin davamiyyətinin pozulması qiyməti…
– Xırdalan şəhəri 1 saylı orta məktəbdə 1-ci siniflərin qəbulunda yubanan şəxslərin hansı məbləğlər qarşılıqında məktəbə qəbulu …

– Xırdalan şəhəri 2 saylı orta məktəbdə eyni ilə 1 saylıda olduğu kimi qanunsuz əməllər olduğu kimi digər ölü canlar siyasətinin yüksək səviyyədə aparılması…

Gələn yazımızda….
Ulutv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.