SOCAR-ın idarə rəisinə şok ittiham – İŞİD-ə yardım edir!!!

24-05-2015, 17:02           
SOCAR-ın idarə rəisinə şok ittiham – İŞİD-ə yardım edir!!!
Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov: “Elçin Zülfüqarovun 120 nəfərdən artıq işçisi vəhhabi cərəyanına qoşulub”; “dövlətun milyonlarını talayır...”; “rəhbərliyi aldadır”

“İnamla Hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov “Yeni Müsavat”ın redaksiyasına ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı material yollayıb. Hüquq müdafiəçisinin məktunda Zülfüqarov haqda kifayət qədər ağır iddialar, ittihamlar yer alır. Dünən həftənin bazar günü olduğundan onun bu ittihamlarına qarşı tərəfin rəyini, mövqeyini öyrənə bilmədik. Yazıda səsləndirilən iddiaların ictimai əhəmiyyətini nəzərə alıb onu dərc etmək qərarına gəldik.

B.Məmmədov “Yeni Müsavat”a yolladığı məktubunda iddia edir ki, E.Zülfüqarov kollektivdə özünü İraqın Şam şəhərindən olduğunu bildirir: “O, İŞİD təşkilatını maliyyələşdirir, 2 qardaşının oğlu - Şahbaba və İbad, bacısı oğlu Xələf hazırda İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkin pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur”.

Hüquq müdafiəçisi yazır ki, E.Zülfüqarovun şəxsi göstərişi əsasında Nəqliyyat İdarəsinin 120 nəfərdən artıq işçisi vəhhabi cərəyanına qoşulublar: “Həmin şəxslərin geyimlərinə və idarədə namaz qılmalarına diqqət yetirilsə, bu faktı asanlıqla aşkar etmək olar”.

Hüquq müdafiəçisi E.Zülfüqarovun maliyyə maxinasilarını araşdırdığını da yazır: “Çindən yararsız və keyfiyyətsiz 40 ədəd xüsusi texnikanı baha qiymətə sənədləşdirərək “Kapital Motors” şirkəti vasitəsilə almaqla külli miqdarda gəlir əldə edib. Qeyd olunan texnikaların alınmasına 4 milyon pul xərclənib, bu əməliyyatdan təqribən 500 min pul mənimsəyib. Hər ay ARDNŞ-nin Nəqliyyat İdarəsinin həmkarlar komitəsinə köçürülən 50 min manat pulun 90 faizini həmkarlar komitəsinin sədr müavini Aqil Kərimovla mənimsəyirlər. Dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Oranın genişləndirilməsi üçün idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir”.

B.Məmmədov qeyd edir ki, idarə rəisinin yaxın qohumunun övladı 2014-cü ilin iyununda Türkiyədə cərrahiyyə əməliyyatı olunub. 2014-cü ilin oktyabrında həmin uşağın valideynini idarənin 6 saylı departamentinə xadimə işinə qəbul edib. 2014-cü ilin dekabrında isə müəyyən sənədləri saxtalaşdıraraq ARDNŞ prezidenti R.Abdullayevə yazılı müraciət etməklə onu aldadıb.

Bu yolla qohumu N.Zülfüqarovanın adına yardım adı altında 30 min manat pul alıb və mənimsəyib. Hüquq müdafiəçisi yazır ki, E.Zülfüqarov ARDNŞ-in hər ay ehtiyyat hissələrinə ayırdığı 1 milyon 500 min manat pulun yarıdan çoxunu “obnaliçka” yolu ilə mənimsəyir: “15-dək şəxsin adını sürücü kimi yazıb onların hər birinin adına hər ay 600 manat mənimsəyir. Maşınları isə faktiki rəhbər işçilər özləri idarə edirlər. Buna misal olaraq həmin idarənin rəis müavini Kamil Kərimov, rəis müavini Yusif Hacıyev, həmkarlar təşkilatının sədri Aqil Kərimov, istismar şöbəsinin rəisi Rövşən Əhmədov, baş mexaniki Vüsal, 5 saylı Departamentin baş mühəndisi Rafiq, 1 saylı Departamentin baş mühəndisi Tariyel, 1 saylı Departamentin rəis müavini Tahir, 3 saylı Departamentin rəis müavini Rauf özləri xidməti maşınlarını idarə etdikləri səbəbindən artıq sürücülərə ehtiyac qalmır. Yanacaq və sürtgü yağlarına ayrılan pullarla birgə E.Zülfüqarov hər ay təqribən 200 mipulu mənimsəyir”.

B.Məmmədov qeyd edir ki, ARDNŞ-nin Nəqliyyat İdarəsində əksər vəzifələrdə E.Zülfüqarovun yaxınları çalışırlar: “Nəqliyyat İdarəsinin kadrlar şöbəsinin rəisi qardaşının kürəkəni Nahid Bədirovdur, Avtomatika şöbəsinin rəisi bacısının kürəkəni Tərlan Rüstəmovdur, Satınalmalar şöbəsinin rəisi bacısının oğlu Ülvi Bəktaşidir, 1 saylı Departamentin Anbar Təsərrüfatının müdiri öz oğludur. 1 saylı Departamentin rəisi Ağaxan Əsədov ən yaxın qohumudur, 3 saylı Departamentin rəis müavini Rauf ən yaxın qohumudur, 3 saylı Departamentin Anbar Təsərrüfatının müdiri ən yaxın qohumudur, 1 saylı Departamentin emalatxana rəisi Ziyad bacısı oğludur və s”.

Hüquq müdafiəçisi ARDNŞ-nin Nəqliyyat İdarəsinə məxsus olan “Prado” markalı avtomobillərin yarı qiymətə satılmasına da diqqət çəkir: “Qiyməti 25 min dollar olan “Prado”nun guya sıradan çıxdığını yazıb 10 min dollara dostu Elxan Əhədova satıb. 9 il ərzində ARDNŞ-nə məxsus 150-dək avtomobili bu yolla silməklə 50 faiz qiymətə satıblar. Bütün şöbə müdirləri öz yaxın çevrəsidir, yaxın qohumlarıdır. Bu səbəbdən də dövlət pullarını sərbəst şəkildə heç bir maneəyə rast gəlmədən mənimsəyir. E.Zülfüqarov ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində 2006-cı ildən işləyir. 9 il ərzində hər ay orta hesabla ən azı 200 min pulun mənimsənilməsini hesabladıqda bu cür maxinasiyalaradan E.Zülfüqüarovun təqribən 21 milyon 600 min mənimsədiyi ortaya çıxır.

Onun çevrəsinin isə bu məbləğin 40 faizini, yəni 8 milyon 640 min manat mənimsədiyini nəzərə alsaq ümumilikdə ən azından bu müddət ərzində 30 milyon 240 min dövlət əmlakının mənimsənilməsi faktı ortaya çıxır”.

B.Məmmədov yazır ki, dövlətdən oğurlanan pullarla E.Zülfüqarov Qobustanda özünə villa tikdirib. Hüquq müdafiəçisi əldə etdiyi faktlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, baş prokurora, Bakı şəhər prokuroruna və ARDNŞ-nin prezidentinə müraciət ünvanladığını da qeyd edir.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.