Vəkil Əziz Qənbərov Nazirə müraciət etdi… -SAXTA SƏNƏD
2-04-2024, 18:06
Əslən Kəlbəcər rayonundan olan, ictimai fəal, vəkil Əziz Qənbərov facebook sosial şəbəkə hesabı vasitəsi ilə kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət ünvanlayıb.
Gununsesi.info-nun xəbərinə görə, Əziz Qənbərov açıq məktubunda qeyd edir ki, bərabər fermerləri məcbur edirik ki, saxta sənət düzəltsin: “Cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının müvsümü qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu çox ədalətsiz şərt olmaqla bərabər fermerləri məcbur edir ki, saxta sənət düzəltsin.”
Qırxın və çimizdirmək mövsümü başlamamış fermerlərdən sənəd tələb edilir ki, bəs heyvanların çimizdirilməsi və qırxılması ilə bağlı arayş təqdim edin ki, təsərrüfatınızı Kəlbəcərə göndərək. Qış qurtarmamış fermerlərdən tələb edirlər ki, qoyununuzu qırxın və çimizdirin.
Əməkdaşımız bununla bağlı Əziz Qənbərovla əlaqə saxlamışdır. O müraciətinə əlavə olaraq bildirmişdir ki, Kəlbəcər yaylaqlarında iyun ayının sonuna qədər qar olur. Ona görə də qoyunlar yaylaqda qırxılır və çimizdirilir. Belə olan halda yaylağa getməmiş fermer məcburdur ki, saxta arayış alıb nazirliyə təqdim etsin. Bu isə qəbul edilməzdir. Ölkəmizdə aparılan şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir məqamda fermerlərdən bunun tələb edilməsi korrupsiyaya şərait yaradan hüquq pozmasıdır. Ona görə də mən cənab nazirə müraciət edirəm ki, bu msələ ilə bağlı tədbirlər görsün.
Əziz Qənbərovun həmin müraciətini olduğu kimi təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRÜFFATI NAZİRİ CƏNAB MƏCNUN MƏMMƏDOVA
AÇIQ MƏKTUB
Hörmətli Məcnun müəllim!
Son illər Kənd təsərüffatı sahəsində aparılan islahatlar bizləri sevindirir. Xüsusən də vətəndaşların müraciətlərinə həsassalıqla yanaşan ən yaxşı qrum kimi KTN-i göstərmək olar. Səmimi deyim ki, dünən nazirliyin qaynar xəttinə zəng etmişəm və bundan sonra 4-5 əməkdaş mənə zəng edib müraciətimlə maraqlanıb. Bu məni həddindən çox sevindirdi. Ona görə də sizə dərin təşəkkürümü bildirirəm.
Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətim ilə bağlı bir çox Kəlbəcərli fermərlər mənə müraciət edərək bildirir ki, onların problemlərini sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının müvsümü qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu çox ədalətsiz şərt olmaqla bərabər fermerləri məcbur edirik ki, saxta sənət düzəltsin. Həmin şərtlər aşağıdakılardır.
1. 2024-cü ilin aprel ayının 1-dən qeydiyyat başlayır. Qeydiyyatın şərti kimi heyvanların qırxılması və çimizdirilməsi nəzərdə tutulur. Qış qurtarmamış mən heyvanımı necə qırxdırım, necə çimizdirim? Bu sualı mən sizin baytar mütəxəssislərinizə verirəm. Mənim təsərüffatımı məndən yaxşı heç kim qoruyası deyil. Fermerlər əksər kənd təsərrüfatı mütəxəssisindən yaxşı bilir təsərüffatı. Birincisi Kəlbəcərə gedən heyvan ən yaxşı halda iyun ayında qırxılır, həmin ayda çimizdirilir. Bunu da fermerlər zatən özləri edir. Lakin fermerlərə məcbur edirlər ki, sən qoyunu bizə qırxdır, bizə çimizdir və nazirlər kabinetinin qərarına əsasən da hər qoyuna 2 manat ödə. Baytarlara deyilir ki, gəl qırx görüm indi qırxmaq mümkündürmü və ya çimizdir görək mümkündürmü. Bildirirlər ki, yox edə bilmərik. Hələ mövsümü deyil. Yaxşı mövsümü deyilsə aprel ayının 1-də olan qeydiyyata nəyə görə bu sənəd tələb olunmalıdır. O zaman Fermerlər məcbur olub saxta sənəd təqdim etməlidirlər.
2. Kəlbəcər, Laçın yaylaqlarından başqa digər yaylaqlara da təsərrüfatlar aparılır. Nəyə görə həmin təsərrüfatlardan dan deyil, yalnız Kəlbəcər və Laçın Fermerlərindən bu tələb edilir? Bu ədalətsizlik, bərabərsizlik deyilmi?
3. Digər bir məsələ də yalnız nəqliyyat vasitələri ilə təsərrüfatı aparmaqdır. Hesab edək ki, bir fermerin 250 baş xırdabuynuzlu heyvanı var. Həmin təsərüffatı Kəlbəcərə aparmaq üçün fermer aşağıdakı xərcləri məcburi çəkməlidir.
250*2=500 manat çimizdirmək;
81 ha sahə *2 = 160 manat icarə haqqı;
250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 kamaz lazımdır. Keçən il bir kamaz 800 manata aparıb 800*5=4000 və 4000 də qayıtmaq.
Ümumi xərc 500+160+8000=8660 manat. Bu fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. Bunun çobanı, fəhləsi, digər zəruri xərcləri də hesabladıqda 20000 manat xərc edir.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stumullaşdırıcı tədbirlər görməyi tapşırdığı vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonunun camaatının əksər hissəsi fermer təsərrüfatı ilə məşğuldurlar”.