Apteklərdə eyni dərman fərqli qiymətlərə satılır? - RƏSMİ AÇIQLAMA + FOTO/VİDEO

3-04-2024, 08:48           
Apteklərdə eyni dərman fərqli qiymətlərə satılır? -
Eyni dərman bir aptekdə 17 manat 38 qəpik, digərində isə 37 manatdır.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Daha sonra isə məsələ aktuallaşıb.

Əczaçıların sözlərinə görə, sözügedən dərman iddia edildiyi kimi bəzi apteklərdə 17,38 manat, bəzilərində isə 37 manatdır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri bildirib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti tarif şurası tərəfindən tənzimlənir. Həmin dərman vasitəsinin qiymətinin yuxarı həddi də 37 manat müəyyən edilib.

Sektor müdirinin sözlərinə görə, dərman qiymətləri idxal olunduğu ölkələrə görə müəyyənləşir.

Dərman qiymətinin bir aptekdə ucuz, bir aptekdə baha olması bəzi iqtisadi səbəblərlə də əlaqələndirilir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru