Yavər Camalovun qardaşından təkzib mə\ktubu- baş rpokurorluq düz deyir ya nazir qardaşı?

24-05-2015, 17:12           
Yavər Camalovun qardaşından təkzib məktubu- baş rpokurorluq düz deyir ya nazir qardaşı?
Yavər Camalovun fermer qardaşı Əlikram Camalov 4 milyonluq borcundan bəhs edən təkzib yazdırıb

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovla bağlı ötən saylarımızdan birində məqalə yazılmışdı. Həmin məqalədə bildirilirdi ki, Əlikram Camalova qarşı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Bu günlərdə isə Ə.Camalov redaksiyamıza məktub göndərtdirib. Həmin məktubda deyilir: “Yeni Müsavat” qəzetinin 107 saylı 19 may 2015-ci il tarixli sayında dərc olunan məqalədə qeyd olunur ki, “Ə.Camalovun aldığı güzəştli kreditin təyinatı üzrə xərclənib-xərclənməməsininin müəyyən olunması üçün KQMİ-auditorlara müraciət edib, “Azərbeynəlxalq audit xidməti” MMC-nin mütəxəsissləri “Haci Camalxan” KFT-də yoxlama aparıblar. Artıq müvafiq rəy istintaqçılara təqdim olunub. Həmin rəy güzəştli kreditin təyinatı üzrə xərclənmədiyini ortaya çıxarıb.”

Qəzetdə “Azərbeynəlxalq audit xidməti” MMC-nin mütəxəsisslərinin yoxlama apararaq kreditin təyinatı üzrə xərcləmədiyi qeydiniz təmamilə əsassızdır, auditor təşkilatı təsərrüfatda heç bir audit yoxlaması keçirməyib. Bundan əlavə “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının bankdan götürdüyü 3 milyon 950 min manat kredit tam olaraq təyinatı üzrə xərclənmiş, kreditin təyinatı üzrə istifadə edilməsinin monitorinqi bank tərəfindən bir neçə dəfə keçirilmiş, nəticədə kreditin bütünlüklə təyinatı üzrə sərf edildiyi təsdiqlənmişdir”.

Yada salaq ki, Ə.Camalovla “Dəmirbank” arasında yaranan kredit qalmaqalından ilk dəfə 2013-cü ildə yazmışdıq.

Ə.Camalovun reaksiyasına səbəb olan yazıda isə onun aldığı güzəştli kreditin təyinatı üzrə xərclənib-xərclənməməsinin müəyyən olunması üçün KQMİ-nin auditorlara müraciət etdiyi vurğulanırdı.

Yada salaq ki, “Yeni Müsavat”ın 2013-cü ilin avqustunda dərc olunan bir neçə sayında “Dəmirbank” ASC ilə Y.Camalovun qardaşı Ə.Camalovun sahibi olduğu “Hacı Camalxan” MMC arasında kredit qovğasının yaşandığı haqda yazılar yer almışdı. Həmin vaxt tərəflər arasında güzəştli kredit məsələsi gərgin mübahisələrə səbəb olmuşdu. Ə.Camalovun vəkili “Dəmirbank”ı məhkəmə ilə hədələyir, bank isə əks tərəfi aldığı kreditə görə ödəmələri həyata keçirməməkdə ittiham edirdi.

Mübahisə predmeti olan güzəştli krediti nazirin qardaşı 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Şirzad Abdullayevin göstərişinə əsasən alıb. Ona regionlarda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil seçdiyi “Dəmirbank”dan 3 milyon 950 min manat verilib. Ə.Camalovun rəhbərlik etdiyi kəndli-fermer təsərrüfatına ayrılan 3 milyon 950 min manatın faizlərinin ödənilməsi qrafiki də təqdim olunub.

Lakin Ə.Camalov heç bir səbəb göstərmədən pulu ödəməkdən yayınıb. Uzun qovğalardan sonra - 2014-cü ilin noyabrında bank Ə.Camalovdan 1 milyon 200 min geri ala bilib. Lakin yerdə qalan məbləğ yenə də ödənməyib. Məsələ tərəflər arasında çəkişmədən çıxaraq hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda “DəmirBank” ASC-nin müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırmaların aparılması haqda məlumat var. Həmin məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” ASC-dən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədilə saxta biznes-planlar və digər sənədlər tərtib edən bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilən 10 milyon 666 min 600 manat məbləğində kredit təyinatı üzrə istifadə edilməyib.

Həmin vəsaiti fiziki və hüquqi şəxslərin israf edib mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli-miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

musavat com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.